BİZ QALİB GƏLDİK!
– Ata, ana biz qalib gəldik! Bayrağımız Şuşada dalğalanır artıq!
Sevil və Hüseynin sevinc, qürur və həyəcanı bir-birinə qarışmışdı. Məzar daşından iki doğma sima gülümsədi onlara…
Səma aydın və mavi idi…
Qeyd: Gəncə terrorunda hər iki valideynini itirmiş Sevil və Hüseynin simasında müharibədən, terrordan əziyyət çəkmiş bütün uşaqlara həsr olunur.