Haqqımızda

“Mücrü” nəşriyyatı yazıçı-naşir Müşfiq XAN tərəfindən təsis edilmişdir.

Mücrü Nəşriyyatı MMC rəsmi olaraq 24 dekabr 2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Nəşriyyat fəaliyyətə başladığı gündən həm yerli, həm də dünya ədəbiyyatının nəşri ilə məşğul olur. Bura bədii kitablarla yanaşı, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər; habelə bir çox layihə nəşrlər, promonəşrlər aiddir. Şirkət fəaliyyətini aşağıdakı istiqamətlərdə davam etdirir:

1. “Mücrü” nəşriyyatı

2. “Mücrü ART” ədəbiyyat və sənət portalı

3. “Mücrü” kitab evi

4. “Mücrü” kitab klubu

5. “Mücrü” uşaq dərgisi

6. “Mücrü” proza dərgisi

1.  “Mücrü” nəşriyyatı “Mücrü” nəşriyyatının seriyaları:

– “Çoxbilmiş” uşaq seriyası

Seriyada məktəbəqədər yaşdan başlayaraq orta təhsilin yuxarı sinif yaşlarına qədər oxucular üçün metodik və bədii kitabların nəşri həyata keçirilir.

– “Bapbalaca” seriyası

Bu seriyada uşaqlar üçün müxtəlif mövzulu rəngləmələr və nağıllar nəşr edilir.

– “Abituriyent” seriyası

Bu seriyada ali məktəblərə hazırlaşan oxucular və məktəblilər üçün metodik kitablar yayımlanır.

– “Elm” seriyası

Bu seriyada magistratura və dövlət qulluğuna, müəllimlərin işə qəbul imtahanlarına hazırlaşan, habelə xarici dil öyrənmək istəyən oxucular üçün metodik və akademik kitablar yayımlanır. 

Bədii kitab seriyaları

– “Proza” seriyası

Seriya Azərbaycan müəlliflərinin nəsr nümunələrini nəşrə hazırlayır.

– “Poeziya” seriyası

Azərbaycan müəlliflərinin nəzm nümunələrindən ibarət kitabları yayımlayır.

– “Zirzəmi” seriyası

Dünya ədəbiyyatının nəsr nümunələrini nəşr edir.

– “Çardaq” seriyası

Dünya şairlərinin əsərlərini yayımlayır.

Digər kitab seriyaları

– “Tarix olduğu kimi”

Seriya Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün təsis edilib. Azərbaycanlıların və qeyri-azərbaycanlıların Azərbaycan haqqında memuar, qeyd və baxışları bu seriyada nəşr edilir.

– “Bir saatda tarix”

Seriya Azərbaycan tarixində önəmli yer tutan görkəmli şəxslər haqqında kitablar nəşr edir. Seriya bütün sənət sahələrini əhatə edir. 

2. “Mücrü ART” ədəbiyyat və sənət portalı

Portalın təsisçisi “Mücrü” nəşriyyatıdır. İlk baş redaktoru yazar-tərcüməçi Cəlil Cavanşir olmuşdur. “Sənətkarların məkanı” sloqanı ilə yayımlanan sayt 10 aprel 2020-ci ildə rəsmi fəaliyyətə başlamışdır. “Mücrü ART” gündəlik e-dərgidir. Oxucularının görüşünə ədəbiyyat, sənət, kino, teatr və digər mədəniyyət xəbərləri ilə gəlir. Hazırda portalın baş redaktoru Cavidan Cəfərovdur.

3. “Mücrü” kitab evi

Kitab evi 13 fevral 2020-ci ildən fəaliyyətə başlayıb. Kitab evinin təsisçisi “Mücrü” nəşriyyatı, direktoru yazıçı-tərcüməçi Xanım Aneladır. Hazırda nəşriyyatla eyni binada yerləşən kitab evi faəliyyətini Azərbaycan və xarici müəlliflərin əsərlərinin satışı üzərində qurub.

4. “Mücrü” kitab klubu

Kitab klubu 8 fevral 2020-ci ildən fəaliyyətə başlayıb. Təsisçisi “Mücrü” nəşriyyatı, direktoru yazıçı-naşir Müşfiq XANdır. Kitab klubu öz işini nəşriyyatın ay ərzində yayımladığı kitablara abuna yazılışı üzərində qurur. Oxucular 1-12 aylıq müxtəlif abunə şərtlərini seçməklə nəşriyyatın ay ərzində yayımladığı bütün kitabları əldə edə bilirlər. “Mücrü” kitab klubu yaxın vaxtlarda hədiyyə kartlarını oxucuların istifadəsinə verəcək.

5. “Mücrü” uşaq dərgisi

Uşaq dərgisi 20 aprel 2020-ci ildən fəaliyyətə başlayıb. Təsisçisi “Mücrü” nəşriyyatı, baş redaktoru yazıçı-şair Sevinc Elsevərdir. Jurnal daha çox məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar dərgidə bir-birindən maraqlı hekayələr, şeirlər, maraqlı rubrikalar, oyunlar, müxtəlif ölkələr, xalqlar, şəhərlər, heyvanlar, quşlar, bir sözlə dünyada uşaqları maraqlandıran hər şey haqqında məlumat əldə edə bilirlər.Bundan əlavə, jurnal vasitəsilə uşaqlar bilik yarışına qoşulur, hər nömrədə verilən test tapşırıqlarının düzgün cavabları ilə bir növbəti nömrədə tanış olur, özləri-özlərini qiymətləndirir.

6. “Mücrü” proza dərgisi

Dərgi 10 oktyabr 2020-ci ildən fəaliyyətə başlayıb. Təsisçisi “Mücrü” nəşriyyatı, baş redaktoru yazıçı-şair Kənan Hacıdır. Azərbaycan və dünya ədəbiyyatının nəsr nümunələri, yeni tərcümələr və müsahibələrin yer aldığı dərgi geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

🏢 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan 117

(Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yanı)

İzahedici istiqamət: Nizami metrosunun çıxışından sağ tərəfdə 120 metr məsafədə

(Nizami MALL-ın sağı)

☎ (012) 595 10 40 📱 (055) 502 89 32 (whatsapp), (077) 345 77 47