• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Bazar ertəsi, May 19, 2025
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Əfqanıstan müharibəsinin şərqşünas qəhrəmanı – Ağaxan Quliyev

15 Fevral 2021
in Kateqoriyasız
Əfqanıstan müharibəsinin şərqşünas qəhrəmanı – Ağaxan Quliyev
Share on FacebookShare on Twitter

Əfqanıstan müharibəsi

 

1978-ci ildə Əfqanıstan Xalq Partiyasının rəhbəri, SSRİ-yə meylliliyi ilə tanınan Nur Məhəmməd Tərəki rəqibi Həfizulla Əmin tərəfindən qətlə yetirildi. Hakimiyyət Aminin rəhbərliyi altında olan ƏXP-nin “Hezb” qanadının əlinə keçdi. Aminin ölkədə həyata keçirdiyi iqtisadi-siyasi islahatlar iri mülkədarlar tərəfindən müsbət qarşılanmadığından Əfqanıstanın müxtəlif əyalətlərində mərkəzi hakimiyyətə qarşı çıxışlar başlandı. Bu çıxışlar Pakistan, həmçinin ABŞ da daxil olmaqla, bir sıra qərb ölkələri tərəfindən dəstəklənirdi. Belə bir məqamda Əfqanıstandakı dayaqlarını itirməmək üçün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi bu ölkəyə qoşun yeritmək qərarı verdi. 1979-cu il dekabrın 24-də ilk sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçdi. Bununla da, Əfqanıstanın və əfqanların taleyini dəyişən münaqişənin təməli qoyuldu…

 

Əfqanıstan müharibəsi və Azərbaycan

 

Əfqanıstanla müharibədə Sovet ordusu 15 min nəfər itki verib. Bu müharibədə Sovetlərin tərkibində olan Azərbaycanın da itkiləri az deyil. On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.

 

Vətənpərvər ailənin ziyalı övladı

 

Əfqanıstan müharibəsində həlak olan həmvətənlərimizdən biri də, lənkəranlı balası Ağaxan Quliyevdir. Böyük bir şəcərənin davamçısı olan qəhrəmanımız  sadə, zəhmətkeş bir ailənin övladı olsa da, şeir, poeziya və ədəbiyyat həvəskarı olan ziyalı gənclərimizdən olub. O həm yeniyetməliyin də, həm də gənclik illərində Hirkanlıların sevimlisinə çevrilib. O, babası Axund Molla Hüseynin, atası Əyyub kişinin qazandığı hörməti daha da ucaldır, anası Tarıvəs anaya layiqli övlad olur. Orta təhsil illərində müəllimlərin sevimlisi olan Ağaxan Quiyevə ədəbiyyat müəllimi şərqşünaslıq ixtisasını seçməyi tövsiyə edir. O Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsində təhsil alır. Onun həm şərqşünas, həm də vətəndaş kimi yetişməsində görkəmli şərqşünaslar, tarixçilər və ədəbiyyatçılar böyük rol oynayır.

Universitetdə əla qiymətlərlə oxuyan Ağaxan Quliyev təhsil aldığı universitetin professor-müəllim və tələbə heyəti arasında böyük nüfuz qazanır. Tələbəlik illərində onun xarici ölkəyə, səfirlikdə işləməyə ezam edilməsi məhz bu uğurun nəticəsi idi. Tehranda fəaliyyət göstərdiyi illər onun vətənpərvər ziyalı kimi yetişməsində böyük rol oynayır.

 

Qismətdə müharibə də varmış…

 

Baş leytenant Ağaxan Quliyevin zabit və tərcüməçi-şərqşünas kimi potensialı Əfqanıstan müharibəsində üzə çıxır. Sevdiyi peşəni dinc şəraitdə icra etmək ona qismət olmasa da, savaş meydanında bacarıqlı tərcüməçi kimi hamının hörmətini qazanır. Ağaxan Quliyev saysız-hesabsız döyüşlərə qatılıb. Komandir tərcüməçi olduğu üçün onu bir sıra döyüşlərdən azad etsə də, o yoldaşlarından ayrılmaq istəmir. Məhz son döyüşündə də qəhrəmanlıq göstərmiş, cəbhədaşlarını xilas edərkən ağır yaralanır və Kabildə hərbi qospitalda vəfat edir. Onun həyatını və döyüş yolu barədə Bəxtiyar Hüseynov və Bəhlul Sinovlunun qələmə aldığı “İpək dəsmalın nağılı” sənədli romanında daha geniş məqamlar təsvir edilmişdir.

 

Xalq qəhrəmanını unutmur…

 

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 30 iyun 1984-cü il tarixli qərarına əsasən baş leytenant Ağaxan Quliyev ölümündən sonra “Qırmızı Ulduz” oredeni ilə təltif olunmuş, məzarı üstündə abidə qoyulmuşdur. Həmin ildə Lənkəran rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi qəhrəmanın xatirəsini əbədiləşdirmək məqsədi ilə oxuduğu məktəbə və yaşadığı küçəyə Ağaxan Quliyevin adını verməyi qərara almışdır. Hirkan qəsəbə orta məktəbi Ağaxan Quliyevin adını daşıyır.

Sonrakı illərdə də, xalqımız Əfqanıstanda qəhrəmancasına həlak olmuş “Qırmızı Ulduz” ordenli Ağaxan Quliyevin xatirəsini əbədiləşdirib. Lənkəranda Şəhidlər parkında Ağaxan Quliyevin də büstü qoyulub. Hər il şəhidlərimizin anm günündə bu dünyadan nakam köçən gənc şərqşünasımızın – Əfqanıstan şəhidi Ağaxan Quliyevin də xatirəsi yad edilir.

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI
Ədəbiyyat

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021

Davamını oxu
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Sübh çağı

Yaqut Dəmirov – Sübh çağı

06 May 2025
“İlin Yazarı – 2025” müsabiqəsi

“İlin Yazarı – 2025” müsabiqəsi

28 Aprel 2025
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2021 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2021 Mücrü ART | Design: Proyekt Group.