• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Şənbə, Mart 7, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

“60-cıların 60 ili” – Rövşən Danyeri yazır…

17 İyun 2020
in Ədəbiyyat
“60-cıların 60 ili” – Rövşən Danyeri yazır…
Share on FacebookShare on Twitter

Əkrəm Əylisli Anar davasında təbii olaraq həmişə birincinin tərəfini tutduq. Çünki Əkrəm Əylisli dediklərində haqlı idi və bizim də bir ədəbiyyat adamı olaraq boynumuza düşən yük bu haqqı müdafiə etmək idi. Ancaq sonradan bu məsələ zərərli bir tendensiyanı da özü ilə gətirdi.

Əkrəm Əylislini müdafiə etdikcə, avtomatik onun ədəbiyyatını da, yazı stilini də müdafiə etmiş kimi göründük. Sözü heç də “Əylisli zəif yazıçıdır”a gətirib, mənasız qalmaqal yaratmaq niyyətində deyiləm. Bu rada diqqət çəkmək istədiyim əsas məsələ yazı stilindədir.

Əkrəm Əylisli və Anar ikisi də 60-cılar nəslindən olsalar da, üslubları tamam fərqli idi. Anar daha çox şəhər ədəbiyyatı, Əkrəm Əylisli isə belə demək olarsa, kənd ədəbiyyatının nümayəndəsi idi. Onu müdafiə etdikcə, sanki belə bir təəssürat yaranırdı ki, şəhər ədəbiyyatı yaradanların hamısı nahaqqın tərəfindədir və yaxud da haqq sözü olduğu kimi əsl ədəbiyyat da Əkrəm Əylisli stilistikasındadır.

Çox keçmədi ki, iki ədəbi monopolist yarandı. Birincisi Anar idi ki, arxasında dövlətin dəstəyi, əlində milyona yaxın pul, ikincisi isə arxasında gənc yazarların gücü, əlində yazıçılıq pasportu durur. Hazırda bir yazıçı kimi pul, vəzifə istəyirsənsə, Anarın tövbə qapısından keçməli, yazıçı kimi təsdiqlənmək üçün isə mətnində Əkrəm Əylisinin stilistikasına yaltaqlanmalısan.

Əslində, deyə bilərsiniz ki, Əkrəm Əylisli yaxşı yazıçıdır, onun kimi yazmaqda nə qəbahət ola bilər? Ancaq anlamaq lazımdır ki, onun stilistikası artıq öz dövrünü başa vurub. Hardasa 10-15 il qabaq bu tip üslub oxucuya maraqlı gəlirdi. Onda elitada, vəzifədə olanların çoxunun uşaqlığı sovet dövrünə düşmüş, kənddə böyümüş, sonradan hansısa bir səbəbdən təhsil, iş, yaxud da qaçqınlıqdan şəhərə gəlmişdilər.

Bu adamlar üçün quzu mələməsi, yovşan ətri, dağlar qoynu bir nostalgiya kimi maraqlı idi. Bu tip yazılan hekayələr, romanlar onları uşaqlıq dövrünə qaytarır, təndir qoxusu, quzuqulağı kimi tələ sözlər onlara saflıq illərini xatırladırdı.

Ancaq son illər vəziyyət dəyişib. Nəsillərin yenilənməsi baş verir. Artıq o sovet adamlarının yerini, ömrünü şəhərdə, hətta xaricdə keçirmiş, ömrü boyu asfaltda oynamış adamlar alıb. Onlar üçün bu tip stilistika sadəcə olaraq anlaşılmazdır.

Netflix-in olduğu bir dünyada, yeni oxucular üçün artıq cümlədə üç dəfə kəlləmayallaq aşmaq deyil, məzmun maraqlıdır. Kitab mağazalarındakı statistikalara baxsaq, görərik ki, xarici ədəbiyyatın, hətta Türkiyədən sifariş edilən kitabların sayı yerli yazarların satışlarından dəfələrlə çoxdur. Bunların içində yüngül sevgi romanları da, ciddi ədəbiyyat nümunələri də var.

Nəticədə get-gedə oxucu ilə yazıçı arasında uçurum yaranır. Yazıçı bu stilistika ilə oxucusunu heç cür maraqlandıra bilmir. Kitab tirajları 300-ə qədər düşür. (Düzdür, bunun başqa səbəbləri də var, bu artıq növbəti yazının mövzusudur) Buna görə də, gənc yazıçılar yenidən gündəmə gəlmək, oxucunun marağını cəlb yetmək üçün qalmaqallı çıxışlara yer verirlər.

Düzdür, bu stilistikada yazanların çoxu çalışır, müasir texnologiyaları da mətnlərinə salsınlar. Ancaq məsələyə yanaşma tərzləri Əkrəm Əylisli stilistikasında olduğu üçün uğurlu alınmır. Facebook-dan yazılan mətndən quzu mələməsi duyulur.

Əkrəm Əylislinin sonuncu hekayəsini oxudum. Çox maraqlıdır ki, bu hekayəni yalnız onun stilində yazanlar təriflədi. Bir qisim də Əkrəm Əylisliyə olan basqılar yenidən başlamaması üçün susdu.

Əslində, Əkrəm Əylisli ilə bu gənc yazarlar arasında bir gözəgörünməz müqavilə var. Onların 60-cılardan, ədəbi mühitdə söz sahibi olanlardan biri tərəfindən təsdiqlənmələrinə ehtiyacları var. Əkrəm Əylislinin də bir dissident kimi görünə bilməsi üçün gənc yazarlara.

Haqq üçün demək lazımdır ki, istər Anarın, istərsə də Əkrəm Əylislinin son dövrlər yazdıqları çox zəif işlərdir.

Ümumiyyətlə, belə demək mümkündürsə, 60-cıların ədəbiyyata gəlməyindən aşağı-yuxarı 60 il ötür. Artıq Azərbaycan ədəbiyyatını 60-cıların kölgəsindən xilas etmək lazımdır. Hər şeyi yenidən başlamaq, yeni abzasdan, böyük hərflə…

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI
Çardaq seriyası

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021

Davamını oxu
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Qonaq

Yaqut Dəmirov – Qonaq

05 Mart 2026
Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

16 Dekabr 2022
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.