Bəzi romanların kritikası rəqəmlərdən başlayır – əlyazmalardan imtina edən naşirlərin sayından. Hansısa naşir zirəklik edib kitabın uğurlu olacağına inanaraq onu nəşr etməsəydi, bəlkə də tənqidlər heç olmazdı. Nəticədə belə kitablar xırdavat əşya kimi sayılsalar da, bestseller olmasalar da, çox pərəstiş edilən kitablara çevrilirlər. Əgər bir çox autsayderləri qəbul edən kiçik müstəqil nəşriyyatlar olmasaydı, kim bilir, bəlkə də gələcəyin nə qədər klassikləri ya da nüfuzlu mükafat sahibləri ədəbiyyatın künc-bucaqlarında yuva salardılar. Bir vaxtlar heç kimə gərək olmayan kitabların hekayələri olduqca ümidvericidi: gözlərin yaşarır, diksinirsən, növbəti dəfə “Sizə gələcəkdə uğurlar!” – soyuqqanlı yazıldığı o qədər də yaxşı gizlədilməmiş məktub alırsan. Və beləliklə xəlvətcə bu yazıçılardan birinin taleyini əyninə alıb yoxlayırsan. Məsələn, Robert Pirsiq kimi heç kəsin tanımadığı bir adam ola bilərsən, 121 rədd cavabı ala bilərsən və nəticədə bestseller olan “Zen və Motosiklet təmiri sənəti” kitabını yazan müəllifə çevrilə bilərsən, yaxud böyük kapitalist nəşriyyatlarının naümidliyilə qarşılaşıb samizdatlara üz tuta, nəticədə dünyaya silsilə hədiyyə edən Marsel Prustun “İtmiş xatirələrin axtarışında” kitabını ərsəyə gətirə bilərsən. Əlbəttə depressiyasız da olmur, hansından ki, 100 dəfə rədd cavabı alaraq Layza Cenova keçmişdi. Ancaq buna dəyərdi, əgər sənin kitabın Culianna Mur ilə filmə çıxacaqsa, üstəlik, bu film Oskara layiq görüləcəksə, həqiqətən dəyər.
Stiven Kinq “Keri”, 1974
Rədd cavabı alıb: 30 dəfə
Mövzusu: Stiven Kinqin ilk romanında, Keri adlı məktəbli qızdan bəhs edilir, hansını ki bütün məktəb təpikləyir. Evdə isə bu qızın qənimi fanatik dindar zalım anasıdır. Kerini vəziyyətdən çıxaran hormonları, bədəninin metamorfozu və ilk menstruasiya ilə yaranan telekinez bacarığı olur. Ümumilikdə bu roman əxlaqi fanatik və zorakılıqla böyüyən qız haqqındadır: ekstrasens bacarığı olan sızanaqlı qıza kim sataşsa tez bir zamanda ölümlə üzləşə bilər.
Naşirləri çaşdıran səbəb: Kinq deyirdi ki, Keri bişməmiş qaralamadır, şübhəli məhsullardan olan potensial dadlı peçenyedir.
Nəticə: Kinqin həyat yoldaşı Tabita əlyazmanı zibil vedrəsində tapmasaydı və onu davam etməyə həvəsləndirməsəydi, o zaman ola bilsin ki, Kinq indiki zamanın ədəbiyyatının ən məhsuldar fiqurlarından deyil, indi hardasa qazon kəsirdi. “Keri”ni ekranlaşdıran Brayan de Palma oldu. Əldə etdiyi gəlir Kinqə büsbütün ədəbiyyata gəlməyə kömək etdi. Sonra isə o, onlarca qorxu janrlı romanlarla ədəbiyyatdakı yerininin sərhədlərini müəyyənləşdirdi.
Vilyam Qoldinq, “Milçəklərin Tanrısı”, 1954
Rədd cavabı alıb: 21 dəfə
Mövzusu: Roman əvvəlcə Böyük Britaniya imperiyasının ambisiyalarına ironik əsaslar kimi düşünülmüşdü. Nəticədə məktəblilər haqqında qanlı robinzonada survival dəhşəti oldu. Kimsəsiz adaya düşmüş uşaqlar həyatda qalmağa çalışırlar, zamanla vəhşiləşirlər, bir qrup o birini təqib edir və burada sakitcə gizlənən vəhşi heyvana itaət etməyə başlayırlar. Əlbəttə ki, Qoldinq qanı o qədər də sevmirdi; yuxarıda qeyd olunanlar isə insan məsumluğunun itməsinin araşdırmaları üçün, daxilimizdəki pislik qatılığı və başlanğıc instinktlər üçün karkas idi.
Naşirləri çaşdıran səbəb: Kvadratbaş redaktorların çoxu “Milçəklərin Tanrısı” romanını macəra romanı kimi dəyərləndirdilər, halbuki bu belə deyildi. Əgər orda uşaqlar varsa, deməli uşaqlara məxsusdur. Yazıq ağıl dəryası Xryuşanı qaya parçası ilə vurdular, Saymonu isə parçaladılar. Bunu uşaq kitabları stendinə qoymaq mümkün deyil.
Nəticə: İndi “Milçəklərin Tanrısı” düzgün analiz edilib, bir çox xarici məktəb və kolleclərin vacib proqramlarına daxil edilib, ingilis dilində olan ən yaxşı 100 romandan biri hesab olunur və əlbəttə ki, roman bestseller oldu. Vilyam Qoldinq Nobel mükafatını İngilis səhrasının sakit sularına apardı.
Dik Uimmer, “İrland şərabı”, 1988
Rədd cavabı alıb: 162 dəfə
Mövzusu: “Pikassonun dövründən böyük”, rəssam Şeymus Boyn öz yaquarında intihar etməyə çalışır, birdən bu prossesi uğursuz alınan sui-qəsd yarıda saxlayır. Eyni zamanda yerində sayan yazıçı dostu (peşəsi dizinfektor olan) Jene Xaqar Manxetendən Dublinə rədd olub getmək və daxilində “yetişmiş” romanını nəhayət ki sona çatdırmaq arzusundadır. Elə buradaca iki qitə üzrə odisseya başlayır, taksi sürücülərinin sözləşməsi, London qalereyalarının qeyri-adiliyi və Temzanın yeraltı dünyası.
Naşirləri çaşdıran səbəb: Anladığınız kimi yöndəmsiz və haqq vermək lazımdır ki, maraqlı sujetdir. Bundan əlavə müəllifə iradlardan ibarət “necə olmaz” manualı qurub-quraşdırmaq olardı – kobud, səhv nağıl etmə və ya kəskin keçidlə bağlı iradlar, faciədən komizmə. Agentlərdən biri müəllifə belə yazıb: ”O qədər gic bir şeydir ki, dahiyanədir”.
Nəticə: Uimmerin hekayəsi o qədər də ilhamlandırıcı motivator deyil – kitab bestsseller olmadı. Lakin onu İrland ədəbiyyatının klassiki Ceyms Patrik Danlivlə müqayisə edirdilər, roman isə trilogiyanın başlanğıcı oldu, hardasa Vudxausun “Civs və Vuster”in macərasını xatırladır, Riklə Martinin absurdluğunun artırılmış forması da saymaq olar.
Marlon Ceyms “Con Krounun şeytanı”, 2005
Rədd cavabı alıb: 71 dəfə
Mövzusu: Tanrının unutduğu Yamayka şəhərinin fleqmatik keşişi Qektar Bla üçün şərab şüşəsinə dibinə girmək, Yaradana və dindarlara yaxın olmaqdan daha maraqlıdır. Zalım həmkarı Apostol Yorkun müdaxiləsi olmasaydı bu səhlənkarlıq çox davam edə bilərdi. Sayılı günlər ərzində o Blaydan bütün dindarları uzaqlaşdırdı və demək olar bütün yaşayış məntəqəsini ələ keçirdi. Kirlənmiş Yamaykanın dəyişkən taleyi və iki kahin arasındakı qarşıdurmada güclü şərlə passiv, ancaq yenə də xeyirin bibliya savaşına qədər şişirdilməsi haqqında yazılmış kədərli sosial bir mətndir bu roman.
Naşirləri çaşdıran səbəb: Latın amerikalı və ya yamaykalının Britanya və ABŞ-da debütü bu günə qədər hələ də böyük problemdir. Ceymsə hamı deyirdi ki, yerli kalorit və ora-bura qaçışan vudularla dolu olsa belə, heç kəsə ucqar əyalətin hekayəsi maraqlı olmayacaq. Onda o mətni sadəcə öz noutbukundan deyil, dostlarının kompüterindən də silmişdi. Xoşbəxtlikdən onunla maraqlanan naşir peyda olanda faylı elektron poçtun dərinliklərindən tapmaq mümkün oldu.
Nəticə: Ceymsin debütünü nisbətən yaxşı qarşıladılar, ancaq əsl maraq ona qarşı ”Buker”dən sonra oyandı – hansını ki Ceyms üçüncü romandan sonra qavradı – “Yeddi qətlin qısa hekayəsi”. Və bu bukeryönümlü mətndə Ceyms yenə də öz yolu ilə davam etdi: küt Yamayka, Bob Marlinin həyatına sui-qəsd, öldürülənlərin ruhu və ürək oxşayan reqqi musiqisi.
Devid Markson, “ Vitqenşteynin məşuqəsi”, 1988
Rədd cavabı alıb: 54 dəfə
Mövzusu: “Məşuqə”nin süjeti sadədir: rəssam olan Keyt dünyanı gəzərək incəsənət haqqında düşünür. Birdə ki, o yer kürəsində axırıncı insandı, ona görə də bekarçılıqdan Metropoliten-muzeydən Teyt qalereyasına sal ilə üzərək, onu gözləyən qurğular və mücərrəd ekspressionizm haqqında düşünürdü.
Naşirləri çəkindirən səbəblər: Qəribə novatorluq qurumu. Özünün aforistik kitabı ifadə etmə tərzi ilə kitab “Məntiqi-fəlsəfi əsər”ini xatırladır – filosof və məntiqçi Lyudviq Vitqenşteynin magnum opus-u – kitabın adı burdan yaranıb. Həm də bir çox naşirləri süjetin kiçikliyi hətta nöqtəyə bənzər olmağı düşündürürdü, daha çox ensiklopediyalarla mühasirəyə alınmış sənət tarixçisinin şüurunun dərəsini xatırladırdı. Keyt qədim yunan qütblərindən necə çaylar axdığı və ya rəssam Robert Rauşenberqin texnikası haqqında düşünə bilir – bax belə dahiyanə düşüncələrin üst-üstə gəlişi “Vitqenşteynin məşuqəsi”ni təşkil edir.
Nəticə: Marksonu Amerika postmodernizminin totemi adlandırmaq olar, ancaq yenə də “yazıçıları yazıçılar üçün” yerində daha rahat görünür və əgər onun hər yeni romanı (yeri gəlmişkən bir romanının adı “Bu roman deyil” idi) tənqid edilməsə, deyək ki, The New York Times tərəfindən, o zaman onu yeraltı (underground) ədəbiyyat gözləyir.
Xeydi Darrou, “Səmalardan düşən qız”, 2010
Rədd cavabı alıb: 48 dəfə
Mövzusu: Bu Şimalın soyuq küləyi ilə döyülmüş, yarı danimarkalı yarı afroamerikalı Reyçelin hekayəsidir. “Black Community”ə köçərək, onu ya ağdərili kimi görmək ya da ümumiyyətlə yox olmasını istəyən dünyanı qarşısına almaq məcburiyyətindədir.
Naşirləri çaşdıran səbəb: Darrounu bir çox nəşriyyatlar inandırıblar ki, ümumilikdə pis roman deyil, sadəcə afrovikinq oxucuları tapmaq çətindir – məsələ budur.
Nəticə: Bəlkə də afrovikinq oxucular tapılmadı, ancaq kitab çap olundu. 2008-ci ildə “Göydən düşən qız” sosial yönümlü nəsr üçün mükafat qazandı və yazıçı Toni Morissonun “Qara Amerikanın iradə səsi” ilə müqayisəyə layiq görüldü.
Semüel Bekket, “Merfi”, 1938
Rədd cavabı alıb: 42 dəfə
Mövzusu: Münzəvi olan Merfi meditasiya etməyi sevir, özünü yellənən kresloya bağlayaraq, fahişələrlə görüşür. Korkdan olan filosof-mistiklə tanışlıq yaradır və bir də ki, nəhayət süründürməçilikdən xilas olaraq psixiatrik xəstəxanaya işə düzəlir. Lakin bu Bekketdir – ona görə də hətta bu cür axmaqyönlü süjet onun əllərində insan psixikasının asketizminin və hüzurunun, dilinin və qavrayışının araşdırmasına çevrilir.
Naşirləri çaşdıran səbəb: Onlardan biri deyib ki, “Bu cür romanın eşidilməsi, qəbul edilməsi mümkün deyil, çünki oxucudan yüksək intellekt tələb edən romandır”.
Nəticə: Yazıçının ilk ciddi mətni, hansı ki, Ceyms Coysun təsiri hiss edilir və Semüel Bekketin özünə məxsus tərzi ortaya çıxmağa başlayır. “Merfi” daha da fenomenal yazıların başlanğıc nöqtəsi oldu; o yazılar ki, ona yazı filosofu adını qazandırdı və Nobel mükafatını bəxş etdi.
Cozef Xeller, ”Maddə-22”, 1961
Rədd cavabı alıb: 22 dəfə
Mövzusu: Kapitan Yossarian Pianaoza adasında bombardımana tutulmuş hərbi hava qüvvələrinə yerləşdirilmişdi. Onu orda qəhrəman və öz işinin ustası hesab edirlər. Lakin Yossarian əslində qorxudan bütün düymələrə və tətiklərə necə gəldi basmışdı; nəticədə inanılmaz manevrlər alınmışdı. Başqa baş qəhrəman Mayor Mayor Mayor (bəli onu adı elə belədi), hansı ki, kapitana döyüş əməliyyatlarının teatrından xilas olmasına müxtəlif maneçilik törətməyə çalışırdı. Bundan da əlavə Yossarian həmişə paradoksal bürokratik mexanizmlərlə qarşı-qarşıya gəlir: məsələn, normanı uçmaq üçün, bütün həyatını təyyarədə keçirməlisən. Xellerin mətni təxminən belədir – hərbçi absurdluğunun gülünc görüntüləri, bir-birlərini mümkünsüz ideyaya görə qurğuşun atəşinə tutmağı gözə almaq.
Naşirləri çaşdıran səbəb: Xeller postmodernin ustası idi, ancaq naşirlərə onun novatorluğu deyil, daha çox onun tikanlı, kələ-kötür məzmunu toxundu. Senzor yatmayıb: 50-ci illərin sonudur və müharibənin dəhşətini xalça altında gizlətməyə çalışırlar. Onda “Maddə-22” öz çılpaq həqiqəti ilə irəliləyirdi. Xeller özü Korsikdə bombardmançı olmuşdu, ona görə də özü şəxsən hərbi mexanizmin entropiyası ilə tanış idi.
Nəticə: Müxtəlif reytinqlərdə “Maddə-22” ilk iyirmilikdə yer alır. Romanın adı səyyar fraza oldu, məntiqsiz vəziyyətin mənasını izah edən – qaydalara riayət etmək üçün, onları pozmaq lazımdır.
Pol Beyti, “Satqın”, 2015
Rədd cavabı alıb: 18 dəfə
Mövzusu: Afroamerikalı əsas qəhrəmanı (həmin o satqın) irqi ayrıseçkiliyi təhrik etməkdə günahlandırırlar və bu onu Rufus əmi ilə doğmalaşdırır – “Getto” cizgi serialından olan “bütün zəncilərə nifrət edən zənci ilə”. Ondan başqa burda son dərəcə dəli sosioloq ata var, uşaqların üzərində təcrübələr aparan, qara Ken və barbidən istifadə edərək, qəhrəmanların doğma şəhəri Dikens isə həddən artıq “qaralıq konsentrasiyasına” görə ABŞ-ın xəritəsindən yoxa çıxır.
Naşirləri çaşdıran səbəb: Mətnin qəribə eksperimental quruluşu. Daha dəqiq desək, buna roman deyil, 300 səhifəlik fristayl demək olar; təxminən Eddi Merfi və Kris Rokun afroamerikalılar haqqında stendap çıxışı və psevdososioloji esselərin hissəcikləri ilə qarışmış tərzdə bir şey. Bəlkə də Beytini himayə etməkdən sadəcə olaraq qorxdular, çünki bu satira, yəni ağ Amerikanın məsğərəyə qoyulması, onun bəzi rəngsiz həmvətənlərinin gözünü göynədərdi.
Nəticə: Beyti ənənəvi Britaniya Buker kitab mükafatına layiq görülən ilk amerikalı oldu. Onu daxili mizoqiniyasını və məhvedilməz irqçilik problemini açan yeni Svift, Kanye Uest və afro-Kafka adlandırdılar.
Ceyms Coys, “Dublinlilər”, 1914
Rədd cavabı alıb: 18 dəfə
Mövzusu: Coysun ilk 15 hekayəsi, dayanıqlı, başgicəlləndirici “Uillis”dən fərqli olaraq, regional-realistik tərzdə. Coys, ona xas olan incə psixologiya və gündəlik həyatın absurdluğu ilə qorunub saxlanılan İrlandiya, onun ləyaqətsizliyi, bütpərəstliyi və ümidsizliyi haqqında yazır.
Naşirləri çaşdıran səbəb: Onları tam olaraq nəyin qane etmədiyi müəyyənləşmədi. Çap üçün razılıq verən ilk redaksiya öz şərtlərini qoydu: Coys ən azı 500 nüsxə satıldıqdan sonra qonorar alacaq. 499 nüsxə satıldı. 120-ni elə gələcək klassikin özü aldı.
Nəticə: Ceyms Coys XX əsrə məktub vektorunu təyin etdi, son dərəcə güclü sintaksisin və şüur axınının ustası oldu, bir çox kitab üçün kifayət qədər fikir və təcrübi üsullar verdi.
Tərcümə: Xanım Anela