• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Şənbə, Mart 7, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Xanım Anelanın romanı – “Yuxuların oğrusu”

Karantin günlərində oxu

12 Aprel 2020
in Ədəbiyyat, MÜCRÜ NƏŞRİYYATI, Yazarlar
Xanım Anelanın romanı – “Yuxuların oğrusu”
Share on FacebookShare on Twitter

MücrüART yazıçı Xanım Anelanın “Mücrü” nəşriyyatının “Proza” seriyasında yenicə işıq üzü görmüş “Yuxuların oğrusu” romanından bir hissəni təqdim edir.

Ağappaq otaqlar bitmək tükənmək bilmirdi. Ayla o otaqdan bu otağa bu otaqdan o otağa qaçırdı. Ağ labirintə bənzər otaqlarla qaçaraq nəfəsi kəsilmişdi. Qorxudan burnundan qan açıldı. Üstünə damcılayan qanı silmək istəyərək əynindəki ağ xəstəxana geyimini qana bulaşdırdı. Qorxudan qışqıracaqdı ki birdən yenə o əl onun üzünə enərək burnundan axan qanı əlindəki dəsmalla sildi. Başını çevirib baxmaq istəyəndə gözlərini tutdu. Başını sinəsinə sıxdı “Ayüzlüm, ayüzlüm…” deyəndə Ayla yuxudan oyanıb yerindən döşəməyə tullandı. Elə qorxmuşdu ki qapısını açıb Yasinin otağına tərəf qaçdı. Otağa çatanda qapını döymək üçün əlini qaldırdı. Ancaq buna ehtiyac olmadı. Yasin qapını təlaş içində açdı.

– Ayla, yaxşısan? – qucaqladı Aylanı. Evdəkiləri oyatmamaq, narahat etməmək üçün Yasinin otağına girdilər. Ayla biraz sakitləşəndən sonra, Yasin ayağa qalxmaq istəyirdi ki, Aylanın ondan necə bərk tutduğunu gördü.

– Koftamı geyinirəm, – bunu deyəndə Aylanın gözü yenə onun qolundakı döyməyə sataşdı. Əlini vurmaq istədi, Yasin sanki utanırmış kimi çəkinərək yatağının yanındakı köynəyi əyninə çəkdi.

Yasin bacardığı qədər Aylanı gəzdirirdi. Bu dəfə də onu Varşavanın yaxınlığındakı Zeqjin adlı gölə aparmışdı. Bir qədər əyləndikdən sonra Yasin ona qayıqla gəzməyi təklif etdi. Hər yer o qədər gözəl və hüzurverici idi ki. Yasin kürəklə hərəkət edərək Aylaya baxıb gülümsədi. Ayla da gülümsəyərək başı ilə niyə güldüyünü soruşdu.

– Sən mənə heç vurulmamısan dost olduğumuz müddət? Yəni ağlından heçmi keçməyib, çox maraqlıdı mənə? – Ayla yenə gülümsədi, danışmadığı üçün cavab da vermədi Yasin sanki narazıymış kimi dilləndi: – eee mən darıxıram sənin dayanmadan danışmaqalarınçün, gülüşün üçün, məni qıcıq etmək üçün dediyin sözlər üçün… Yadındadı, hələ oyun oynamışdıq bir dəfə?

Ayla güldü sanki utanaraq. Xatırladığı hər halından bəlli idi.

– Bir-birimizə 10 sual vermişdik, cavabından qaçmadan… “Mən səninçün kiməm?” yadındadı o sualın? Mən də sənə “Yuxudan oyandığımda ilk yazmaq istədiyim ilk ağlıma gələn insansan” yazmışdım – əlini kürəkdən ayırıb yavaşca Aylanın yanına keçdi Yasin. Yanında oturub üz-üzə gəldilər. Yasin Aylanın gözlərinin içinə baxaraq: – Ayla mən deyəsən… Mən səni… – sözünün bitməsini dinləməyən Ayla qayığın içində yerindən sıçrayaraq ayağa qalxdı. Qayıq tarazlığını itirdi. Yasin Aylanı tutmaq üçün ayağa qalxdı. Onu aşağı oturtsa da, özünü saxlaya bilmədi. Qayıqdan suya düşdü. Sonra suda boğulmağa başladı. Bir-iki dəfə çabaladıqdan sonra suda yoxa çıxdı. Bunu görən Ayla “Yasinnnn” – deyə bağırdı. Yasin qayığın başqa tərəfindən sudan çıxıb: Bax belə danışarsan – deyib güldü.

Hər yer gül çiçək içində idi, böyük bir evin qapılarını açaraq ağ uzun gəlinliyə bənzər donunda bu evə girdi Ayla. Evin divarları tanış idi, necə də gözəl bəzənmişdi hər yer. Əynindəki donu kimi ağappaq pərdələr pəncərədən girən küləkdən otaqda uçuşur sanki rəqs edər kimi. Nağıla bənzər bir abu hava var idi. Kamodun üstündəki şəkillərə əlini çəkdi Ayla… Yenə həmin o ev… Pianoya yaxınlaşıb barmaqlarının ucu ilə yüngülcə toxunanda arxadan gələn birini hiss etdi. Artıq nə olacağını təxmin edirdi, çünki bunları yaşamışdı. Nəfəsi dayanır kimi oldu. Ürəyinin çırpıntısı artdı. Boynunun arxasında nəfəsini hiss etdi. Başının üstündən üzünə doğru iki əli ilə ağ yaylığın endirildiyini gördü Ayla. Gözlərini bağlayırdı… Ayla ona mane olmadı, bu dəfə nə olacağını gözləyirdi. Bu Elnar ola bilməzdi. Gözlərini bağladıqdan sonra əllərini tutub hər ikisindən öpdü. Tellərinə toxunuşu hiss etdi Ayla. Yenə eyni gözəl hisslər, eyni həyəcan, sadəcə bu dəfə kim olduğunu bilmək istədiyi üçün. Bu o əl ola bilərdi, həmişə onu yolundan saxlayan, xilas edən, nələrisə xatırlatmaq istəyən. Əlləri tellərindən Aylanın çiyinlərinə sürüşəndə, Ayla əlini gözündəki yaylığa atıb açmaq istədi. Əlini tutdu qızın, öpdü aşağı saldı. Yenə də yüngülcə opdü açıq qalmış çiynindən və sürüşmüş donunu çiyninə qaldırıb çiyinlərini bağlayaraq əlini belinə aparıb özünə sıxdı. Elə qucaqladı ki, Ayla da həyəcanını boğub onu qucaqladı. Ağlını itirəcək qədər həyəcanlı idi. Bütün dünyanı unudacaq qədər… qucaqlayaraq saçlarını öpərək qulağına “Ayüzlüm” – deyə pıçıldadı… “Ayüzlüm” … “Ayüzlüm”. Bu yerdə oyanmalı idi sanki. Yox, bu dəfə oyanmadı. Dodaqlarında istilik hiss etdi Ayla. İllərin həsrəti, bir roman sevgi vardı bu öpüşdə. Aylanın qolları boşaldı. Heç zaman hiss etmədiyi bir ağrı hiss etdi qəlbində. “İndi isə aç gözlərini, çünki gecikirsən…” Ayla, gecikirsənn oyannn…

Ayla gözlərini açıb başının üstündə duran anasını görüb:

– Sən bunu bilə-bilə etmirsən hə?

– Nə? – anası heç nə anlamadığı üçün soruşdu.

– Heç, ürəyim, heç.

– Qalx. Klinikaya gedəcəyik, həkimlərlə vidalaş. Sabah Bakıya qayıdırıq. Ayla, quzum, Yasin səni çox istəyir… – anasını sözünə davam etməyə qoymadan – Ana, zamanı deyil. Yasinin mənim haqqımda bilmədiyi bəzi şeylər var.

– Necə bir şey? Qorxutma məni, Ayla…

 

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI
Ədəbiyyat

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021

Davamını oxu
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Qonaq

Yaqut Dəmirov – Qonaq

05 Mart 2026
Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

16 Dekabr 2022
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.