Xalq yazıçısı Afaq Məsudun “Azadlıq” romanı Macarıstanın nüfuzlu “Narkut Kiado” nəşriyyatında çap olunub.
Əsəri macar dilinə türk dilindən tərcüməçi Laura Pal çevirib.
Qeyd edək ki, 2003-cü ildən paytaxt Budapeştdə fəaliyyət göstərən “Narkut Kiado” müasir və klassik macar ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümunələrinin nəşrinə də geniş yer ayıran aparıcı nəşriyyatlardan biri kimi tanınır.
Kitab “Narkut Kiado” nəşriyyatının təşəbbüsü və maddi dəstəyi ilə nəşr edilib.