• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Şənbə, Mart 7, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

“Alabaş kövrəlmişdi…” – Müşfiq XANın hekayəsi

19 İyul 2020
in Ədəbiyyat, Manşet
“Yanmaz xatirələr”(Hekayə) –  Müşfiq XAN
Share on FacebookShare on Twitter

Bu gün tanınmış yazıçı, naşir, “Mücrü” Nəşriyyatı, Mücrü.Art ədəbiyyat Portalı və “Mücrü” Uşaq Dərgisinin  qurucusu Müşfiq XANın doğum günüdür! Bu münasibəti ilə əzizimiz Müşfiq XANı təbrik edir, ona bütün işlərində uğurlar arzulayırıq. Sevimli yazıçımızın doğum günü münasibəti ilə “Dayanacaq” hekayəsini dəyərli oxucularımıza təqdim edirik:

Avtobus ləngər vura-vura dayanacağa yaxınlaşdı. Elə dayanan anda da mühərrikin uğultulu səsi kəsildi. Sonuncu dayanacaq idi. İçəridə olan 3-5 nəfər sərnişin də ağır-ağır ön qapıya yaxınlaşıb gediş haqqını ödədikdən sonra müxtəlif istiqamətlərə səpələnib getdilər. Rayon avtobusunun sürücüsü həvəslə yerə enib tələsik özünü dayanacağın on-on beş addımlığında yerləşən kafeyə yetirdi. Gün ərzində tərini silməkdən duzlaşmış köhnə, rəngi ağarmış cib dəsmalını soyuq suyun altında isladaraq üstü tozlu plastmas stullardan birinə çökdü. Stul kişi-nin ağırlığından sanki bu dəqiqə parça-parça olacaqdı. Rayonun köhnə sovetdənqalma “Alabaş” avtobusunda sürücü işləyən bu adam ömrü-nün otuz ildən çoxunu sevimli peşəsinə sərf et-mişdi. Onun üçün dəyişən heç nə yox idi… Yorğun və qayğılı insanlar, köhnə rayon küçələri, hər il yazqabağı ucuz əhənglə ağardılmış damlar, bacalar… Amma yenə hər şey köhnə, solğun görünürdü… İnsanların əqidəsi də, şüuru da köhnəlmişdi bu yerlərdə… Sanki hamı taleyi ilə razılaşmış, bir tikə çörəyini yeyib şükür edərək ömrünün sonuna qədər olan saatları, dəqiqələri, saniyələri saymaqla məşğul idilər. Və onlar üçün fərqi yox idi ki, bu gün ayın neçəsidir, yaxud neçənci ildir, hansı aydır. İstər iyirmi il əvvəl olsun, istərsə də, iyirmi il sonra… Nə fərq edərdi ki, bu insanlar üçün?! Elə onların yaşadıqları bu dünyanın çox-çox uzaqlarında – Amerika, Avropa deyilən yerlərdə siyasətçilərin, ölkə başçılarının, orduların apardıqları mübarizələrdən, sa-vaşlardan uzaq idi bu üzüqara, könlü ümidsiz-liklə dolu, simasında iztirab və əzabdan təcəs-süm edən insanlar. Heç kimi qınamırdılar, qına-ya bilmirdilər…

*** *** ***

“Alabaş” hələ də bayaq dayandığı yerdən tərpənməyərək özünü günə verirdi. Lap istinin, hərarətin həsrətini çəkən insanlar kimi. İçəridə isə onu narahat edə biləcək cəmi bir sərnişin var idi – həmin cavan oğlan. Bir az əvvəl fikirli halda gəlib lap arxa sırada olan oturacaqlardan birində əyləşmişdi. Sürücünün hələ gəlmədiyini, kafedə oturub sərinlədiyini görüncə o da yerini bir az rahatlamaq istədi. Yarıya qədər cırılıb sıradan çıxmış oturacağın dərifason parçasını altına çək-məyə çalışdı. Bir şey alınmadığını görüncə başını qarşı tərəfdəki oturacağın arxalığına söykəyib gözləmək qərarına gəldi. Oturacaq onun arıq yanını elə narahat edirdi ki… Amma deyəsən “Alabaş” daha bu oğlanın onun qonağı olmasından narahat deyildi. Onu öz içində ürəyi alovla-nan, hirsi, hikkəsi nəinki bütün bu yerləri, dün-yanın çox-çox uzaqlarında olan həmin Amerika-nı, Avropanı və tanımadığı bütün yerləri öz qəzəbinə düçar etməyə yetən bir övladı kimi hiss etməyə başlayırdı. Tanımadığı bütün yerləri…

“Alabaş” heç həmin yerlərin adını da eşitməmişdi. Oralara necə gedib çıxa bilərdi?! Bəs bu oğlan necə? “Alabaş” kövrəlmişdi… Bu oğlan ona tanış idi. Xatırlamağa çalışırdı, yavaş-yavaş yadına düşürdü…

… 19 il əvvəl… Bu oğlanın qardaşı Qarabağda şəhid olanda o lap kiçik. Məktəbdə oxuyurdu – beşinci sinifdə. O vaxt dərsdən qaçaraq elə bu avtobusla Füzuli rayonuna getmək üçün sürücüyə nə qədər yalvarmışdı. Elə onda da indiki kimi avtobusda tək oturub sürücünün gəlməyini gözləmişdi. Sürücü də elə bügünkü adam idi. Heç nə dəyişməmişdi…

Amma indiki kimi nagüman deyildi. Həmin gün sürücü məktəbli oğlanın başını sığallayıb “bala get dərslərini oxu, vaxtı gələndə sən də gedəcəksən” deyərək onu “Alabaş”dan ayırmışdı… Bəli, bu həmin oğlan idi… 19 il keç-mişdi… 30 yaşında, ali təhsilli, hərbi xidmətini 9 il əvvəl başa vurmuş və elm sahəsində çalışan, çoxlu yetirmələri, nailiyyətləri olan və 19 il əvvəl müharibədə qardaşını itirən beşinci sinifdə oxu-yan həmin oğlan… “Alabaş” indi onu öz köksü-nə daha möhkəm-möhkəm çəkib qoxulayır, övla-dı kimi əzizləyirdi. Ondoqquz illik hamiləlikdən sonra dünyaya gətirdiyi özü kimi dəmirürəkli övladı da indi onu yaxşı xatırlayırdı. “Alabaş” cavan oğlunu gördükcə yaşlı çağında daha da həvəslənir, baxdıqca ürəyi dağa dönürdü. Lap cavan vaxtlarında olduğu kimi hamilə qalıb belə qorxmaz övladlar gətirmək istəyirdi dünyaya… Çox, lap çox…

Süküt pozuldu… Sürücü idi gələn.

– Vaxtı gəldi əmi… – cavan oğlan oturduğu yerdən qalxıb sükan arxasına əyləşən sürücüyə yaxınlaşıb gözlərini ona dikərək yalnız bunu dedi…

*** *** ***

… “Alabaş” yolboyu bayaqkından daha dinməz, mat-məəttəl övladına baxır, nə isə düşünürdü. Sürücü isə oğlanın bir az əvvəl dediyi qəribə sözü qəribçiliyə salaraq fikir verməmiş, indi daha çox musiqi sədalarına köklənərək tələsmədən yoluna davam edirdi. Cavan oğlanın isə hara getdiyini, niyə getdiyini indi yalnız özü bilirdi… Və bir də səhərə qədər dua etdiyi Allahı!..

… Amma çox keçməyəcəkdi və elə bəlkə də bu gün evdə qoyub gəldiyi iki fidan balası, həyat yoldaşı və bütün tanıdıqları onun qisas almaq düşmən tərəfinə keçdiyini biləcəkdi. Döş cibində saxladığı dəftərçəsini çıxarıb yarımçıq qalan əlyazmasında növbəti qeydlərini elədi. İlk sətirdə “ölümlə üz-üzə” sözləri oxunurdu…

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI
Ədəbiyyat

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021

Davamını oxu
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Qonaq

Yaqut Dəmirov – Qonaq

05 Mart 2026
Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

16 Dekabr 2022
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.