QƏLƏBƏDƏN SONRA
Radionu yandıranda vətənpərvərlik mövzusunda mahnılar oxunurdu:
− “Döyüşə gedəndə gülər igidlər”…
− “Azərbaycan bayrağını, Qarabağdan asacağız”…
Dinlədikcə həmin şərəfli günləri, əsgər yoldaşlarını xatırladı. Gülümsədi. Hər şey mahnılardakı kimi olmuşdu.