Sənaye inqilabından sonra, texnologiyaların da inkişafı ilə dövlətlər bürokratik sistemlərini elektronlaşdırmağa başladılar. Bu proses Avropa ölkələrində 1980-ci ildə başlasa da, hərəkətverici qüvvə kimi 2000-ci illərdə geniş vüsət aldı. Elektron hökumətin tam formalaşması isə son 10 ilə təsadüf edir. Dünya dövlətləri arasında analoqdan dijitala transformasiyanın baş tutmasında ABŞ, Avropada Finlandiya, Asiyada Sinqapur, Qafqaz da isə Azərbaycan öncüllük edir.
2015-ci ildə Azərbaycanın prezidenti İlham Əliyevin sərəncamı ilə “Asan ödəniş” sistemi fəaliyyətə başlayıb. Bu da ölkədə proseslərin elektronlaşdırılmasının əsasını təşkil etdi. Növbəti sərəncamlara əsasən Elektron hökumət portalı yaradıldı. Ölkə başçısının müvafiq sərəncamları analoqdan dijitala keçmə prosesində çox böyük töhfə vermiş oldu. Bu sərəncamlarla Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Elektron hökumətin inkişafı indeksi üzrə 2 il ərzində 12 pillə irəliləyib. Ölkəmizdə bu sistem əsasən üç modul üzrə aparılıb:
Bu üç modul üzrə hazırlanan sistem istər vətəndaşlar üçün, istərsə də biznesmenler üçün bir sıra üstünlüklər təqdim edir. Ümumiyyətlə dövlətin bürokratik hissəsinin elektronlaşdırılması, aşağıdakı üstünlükləri əldə etməyimizə səbəb olur.
*Vaxt itkisinin qarşısını alır. (Hazırki dövrdə vaxtın pul olduğunu düşünərsək, birbaşa pula da qənaət edir, deyə bilərik)
*Bununla yanaşı xidmətin keyfiyyəti artır, bu xidməti göstərmək üçün lazım olan xərclər azalır. Bu da dövlətin büdcəsi əlavə dəstəkdir.
*Proseslərin evdən idarə edilməsi, xidmət səviyyəsinin yüksəlməsinə, vətəndaşın dövlətdən məmnuniyyətinin artmasına gətirib çıxarır.
*Vətəndaşın dövlətə güvən səviyyəsi artır.
Elektron hökumət portalı və ASAN xidmətin yaradılması bu üstünlüklərlə yanaşı məmur məsuliyyətsizliyinin, korrupsiya hallarının və kölgə iqtisadiyyatının qarşısının alınmasında xüsusi rol oynayıb. Bununla yanaşı biznes sahəsindəki tək pəncərə sistemi də ölkə iqtisadiyyatına yeni ruh gətirib.
WWW.E-GOV.AZ sistemi dünyadakı elektron hökumətlərlə müqayisə edilə biləcək gücdədir, desək yanılmarıq. Hətta bir sıra dövlətlər bu sistemin öndərliyində öz sistemlərini yaradıblar.
Dünyada bu sistemin üstünlükləri kimi bir sıra çatışmazlıqları da var. İlk olaraq təhlükəsizlik məsələsidir ki, dövlətlərarası kiber müharibələrin getdiyi dövrdə dövlətin elektron bazasının qorunması xüsusi risk daşıyır. Bu risklərin minimallaşdırmaq da öz növbəsində maliyyə tələb edir. Bununla yanaşı hər kəsin internet istifadəçisi olmadığını da nəzərə alarsaq, bu sistemdən kütləvi istifadəni təmin etmək üçün marifləndirmə işinin aparılmasına ehtiyac var. Həmçinin Koronavirus pandemiyası dövründə də önə çıxan bir sıra xidmətlərin də elektronlaşmasına ehtiyac olduğunu, bəzilərində isə gecikildiyini görmək mümkündür.
Ona görə də, E-Gov.az portalının bu çatışmazlıqların aradan qaldırmaq üçün müxtəlif çalışmalar apardığını görmək mümkündür. Prezident İlham Əliyev xarici mediaya müsahibəsi zamanı ölkə əhaləsinin 65 faizindən çoxunun internet istifadəçisi olduğunu və bunun ilbəil artığını bildirib. Bu da elektron hökumət portalının daha çox kəsimə çatmağına imkan yaradır. Həmçinin ASAN Xidmət mərkəzlərinin müxtəlif regionlara yayılması da öz növbəsində bu sahədəki maarifçilik işini aparılmasına kömək edir. Həmçinin portaldan düzgün istifadə etmək üçün mərkəzlərin əməkdaşları birbaşa vətəndaşlara köməklik göstərməsi, vətəndaş dövlət münasibətlərinin də yaxşılaşmasına təkan verir. Yüz nəfər arasında keçirdiyimiz elektron sorğu nəticəsində iştirakçılar E.gov.az-ın fəaliyyətini aşağıdakı formada dəyərləndiriblər.
Sorğuda iştirak edənlər əsasən aşağıdakı xidmətlərin də elektronlaşmasının, E-gov.az-a daxil edilməyini istəyiblər.
*Avtomobil nömrələrinin dijital bazasının yaradılması. Avtomobil nömrələrinin elektron bazası yaradılmalı, vətəndaşlar istədikləri nömrəni axtarış sisteminə daxil edərək, sistemdə olub-olmadığını öyrənməli, online qaydada ödəniş edərək, nömrəni ala bilməli.
*Qəzet, jurnalların dövlət qeydiyyatının elektronlaşdırılması. Müraciət edənlər qəzet və jurnal adlarının vahid bazasının yaradılmasını və istədikləri adı buradan seçə bilməklərini, həmçinin online qaydada müraciət etmək istədiklərini bildiriblər.
*E-məktəb layihəsinin yaradılması. Pandemiya dövründə gündəmə gələn bu mövzu, sonrakı dövrlərdə də vətəndaşların istifadəsi üçün bir sıra üstünlükləri özündə ehtiva edir. İstər regionlardakı gənclərin şəhər liseylərində təhsil almağına, istərsə də, ali təhsil müəssisələrində distant təhsilin təşkili baxımından E-məktəb layihəsi xüsusi əhəmiyyətlidir. Həmçinin üzrlü səbəbdən dərsdə iştirak edə bilməyən şagird, yaxud da kursa getmədən online formada xarici dil öyrənmək istəyən şəxslər üçün bu sahənin inkişafı önəmlidir.
Təhlükəsizlik məsələsinə xüsusi önəm verən ölkə başçısı İlham Əliyev son çıxışlarında da növbəti illərdə elektron hökumətin daha da inkişaf etdirilməsi, dövlətin analoqdan dijitala transformasiyasının tam baş tutacağının mesajını verib. O, “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roqla videokonfrans zamanı distant təhsilin ölkəmizdə formalaşmasına, E-məktəbin qurulmasına hazırlıqların aparıldığını bildirib.
Bununla yanaşı növbəti illərdə Abşeron vadisinin yaradılması da nəzərdə tutulur ki, bu da dövlətin elektronlaşması faizini artıracaq. Beləliklə, virtual dünyada Azərbaycan dünyanın super dövlətləri ilə müqayisə ediləcək mərhələyə gəlib-çıxacaq.
Rövşən Danyeri (Qasımov)
23.06.2020