• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Bazar ertəsi, May 12, 2025
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

“Belə bir gün idi”– Rudolf Otto Vimer

29 Aprel 2020
in Ədəbiyyat
“Belə bir gün idi”– Rudolf Otto Vimer
Share on FacebookShare on Twitter

Rudolf Otto Vimer (Rudolf Otto Wiemer) 1905-ci ildə, Fridrixrodada doğulub. Tanınmış alman şairi, nasiri və dramaturqudur. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. 1998-ci ildə vəfat edən Vimer Azərbaycan dilinə ilk dəfə tərcümə olunur.


***
Xüsusi bir gündə – babam belə danışırdı və xüsusilə gözəl bir gün olduğunu əlavə edirdi – şosse yoluylala bir adam gedirdi. Qonşusunu məhkəməyə vermək üçün şəhərdəki məhkəməyə getmək istəyirdi. Quşlar oxuyur, günəş şəfəq saçır, fəqət o adam – deyəsən adı Mayer idi – fəqət babam bunu tam olaraq bilmirdi –  üzünü turşutmuşdu, çünki əsəbi və kefsiz idi. Yolda gedərkən dəfələrlə hündürdən: “onu məhkəməyə verəcəyəm, məhkəməyə verəcəyəm!” deyirdi. Elə bu məqamda haqqında danışdığı şəxslə, qonşusu ilə qarşılaşdı.

Qonşusu dayandı: “Hər vaxtın xeyir! Hara gedirsən?” deyə onu çağırdı. Mayer başını qaşıdı. Bir müddət düşündü. Sonra təəccüblə qonşusuna baxdı və “Bu… bunu mən… mən…yadımdan çıxarmışam” dedi kəkələyərək.“Doğrudan?” dedi qonşusu, “Bəs heç olmasa orda nə edəcəyini bilirsən?”.“Bunu hardan bilim?” – Mayer cavab verdi. “Hara getdiyimi unutmuşam.”Haqlı idi. Ancaq qonşusu sual verməkdə davam edirdi:“Keçən dəfə mənə yumruq silkələməyinin axırı necə oldu?”Mayer çiynini çəkdi. Xeyir, heç nə xatırlaya bilmədi. Belə olanda ikisi də gülüşdü, əl sıxışdılar və qucaqlaşdılar. Belə bir gün idi.
O gün çox şey oldu. Məsələn, müəllim uşaqları cəzalandırmaq verəcəyi tapşırığı yadından çıxardı. Əgər vermiş olsaydı, uşaqlar onu yazmağı unudacaqdı. Uşaqlar daş atmağı və bir-birlərinin saçlarını yolmağı unutdular. Ovçu dovşan vurmağı unutdu. Tülkü balaca siçovulları yeməyi unutdu. Oğru oğurluq etməyi unutdu. Yolkəsən soyğunçuluğu, brokanyer meşəbəyinin evinin arxasında tor qurmağı unutdu. Əsgərlər müharibəni unutdu; silahlarını atıb evlərinə getdilər. Bütün küçələrdə gülüşən və bir-birini qucaqlayan, böyüklü-kiçikli, kasıb-varlı, ağlı-qaralı insanlar görünürdü.
İnsanlar indiyə qədər heç qucaqlaşmadıqlarını və bir-birlərinə qarşı kinli olduqlarını unutmuşdular. Qəribə, maraqlı bir gün idi. Gözəl bir gün. Çox təəssüf ki, tez başa çatdı. Sabahısı gün Mayer(hekayə onunla başlamışdı) qəfildən hara gedəcəyini və orda kimi məhkəməyə verəcəyini  yenidən xatırladı. İnsanlar bir-biri ilə qucaqlaşmadıqlarını və bir-birlərini xoşlamadıqlarını xatırladılar. O gündən artıq gülmürlər.
Və müəllim cəza məqsədi ilə tapşırıqlar verir. Uşaqlar daş atır və bir-birinin saçını yolur. Ovçu dovşan ovlayır. Tülkü balaca siçovulları yeyir. Oğru öz işindədir. Quldur soyğunçuluq edir. Əskərlər müharibəyə gedir. Heç kəs başqasını qucaqlamır; heç bir varlı kasıbı, heç bir ağdərili, zəncini. Çünki heç biri azacıq da olsa utanmırlar.
Hər halda hamının beynindəki pis düşüncələri unutduğu gün olmalıdır. Əks halda babam bu hekayəni danışmazdı. Orası da dəqiqdir ki, babam yaşadığı müddətdə (çox yaşayıb) bu hekayəni unutmayıb. Fəqət o bu hekayəni xüsusi olaraq bu sözlərlə tamamlayırdı: “Bəlkədə unutmaq təkbaşına mümkün deyil. Deyəsən başqa şeylər də lazımdır.”
Amma bu “başqa”nın nə olduğunu heç vaxt demədi…

Tərcümə edən: Cəlil Cavanşir

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı
Manşet

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021

Davamını oxu
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Sübh çağı

Yaqut Dəmirov – Sübh çağı

06 May 2025
“İlin Yazarı – 2025” müsabiqəsi

“İlin Yazarı – 2025” müsabiqəsi

28 Aprel 2025
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2021 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2021 Mücrü ART | Design: Proyekt Group.