İnqmar Berqmanın filmi serial olur.
Telekanal NVO məşhur isveçli rejissor İnqmar Berqmanın ekranlaşdırdığı “Ailə həyatından səhnələr” adlı filminin ssenarisi əsasında mini-serial çəkəcək.
Serialda baş rolları Mişel Uilyams və Oskar İsaak oynayacaq. Layihənin aparıcısı Hagai Levy həm prodüsser, həm də rejissor kimi fəaliyyət göstərəcək.
İstehsalçılar arasında İngmar Berqmanın oğlu – İsveç rejissoru Daniel Berqman da var.
Xatırladaq ki, Berqmanın eyniadlı filmi 1973-cü ildə çəkilib. Film bir cütlüyün həyatının fərqli mərhələlərini, insan psixologiyasının alt qatlarını əks etdirir.
Serialın çəkilişlərinin payızda başlanılması gözlənilir.\\kulis.az\\