• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Şənbə, Mart 7, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Günter Vaysenbornun hekayəsi – “İfadə”

20 May 2020
in Manşet
Günter Vaysenbornun hekayəsi – “İfadə”
Share on FacebookShare on Twitter

Saat ona qalmışdı və mən həbsxana çarpayısının üzərində uzanıb yun adyalın altında divarı taqqıldadırdım. Qəfil kameranın içindəki lampa yanır və növbətçi müşahidə dəliyindən içəri baxırdı. O baxanda səssizcə yatırdım.

Başlanğıcda aradabir taqqıldatmağa başladım. O da eyni formada cavab verirdi. Səslər sanki  uzaqdan gəlirmiş kimi dərin və boğuqdu. Bir dəfə vurdum –a, iki dəfə vurdum –b,  üç dəfə vurdum –c.

Nizamsız halda divarı döyməyə başladı. Deyəsən başa düşməmişdi. Yenidən divarı taqqıldatmağa başladım, yenə başa düşmədi.

Yüz dəfə təkrarladım, heç cür başa sala bilmirdim. Narahatçılıqdan çıxmaq üçün alnımın tərini sildim. Bu dəfə o mənim anlamadığım tərzdə bəzi işarələr taqqıldatdı, mənim verdiyim işarələri isə başa düşmədi. Ümidsizliyə qapıldım.

Bəzi işarələri xüsusi vurğuyla döyəcləməyə başladı, bunun ardınca daha boğuq taqqıltılar gəlməyə başladı. Görəsən bu Morze əlifbası idi? Morze əlifbasını bilmirdim. Alman əlifbasında 29 hərf vardı. Hər hərfi əlifbadakı sıra nömrəsinə uyğun taqqıldatdım: H-ı on dəfə, P-ni iyirmi dəfə.

Digər tərəfdən müxtəlif fasilələrlə taqqıltı gəldi, heç nə başa düşmədim. Saat iki olmuşdu. Qətiyyən bir-birimizi başa düşmürdük. Döyəcləməyə başladım:

.=a, ..b, …c

Çox asta və uzaqlardan cavab gəldi:

-. – . – ..

Deyəsən  yenə başa düşməmişdi. Amma ertəsi gün gecə qəfildən düzgün cavab verməyə başladı. Yenə astadan amma israrlı şəkildə. Sonra başa düşülən işarələr gəlməyə başladı. Bir dəfə taqqıldatdı. Bu A hərfi idi. Sonra saydım, on yeddi dəfə taqqıldatdı: N, sonra soyuqqanlı şəkildə nəfəsimi tutub saydım L hərfi idi. Sonra A, Sonra D, Sonra I, Sonra M.

…Anladım…

Adyalın altında hərəkətsiz və sevincliydim. Ağızla deyil əllərimizlə, beyindən beyinə əlaqə qurmuşduq.

Ağlımız, Gestaponun zirzəmisində, qalın kamera divarlarının öhdəsindən gəlmişdi. Qan tər içində idim və qurduğum əlaqədən təsirlənmişdim. İlk insan özü haqqında məlumat vermişdi. Divarı taqqıldadıb bu mesajı verdim:

…Əla…

Dəhşətli soyuq idi. Kameranın içərisində gün ərzində 20 kilometr gəzişirdim. Bu ayda 600, doqquz ayda 5400 kilometr, təxminən Parisdən Moskvaya qədər məsafə edirdi. Ölümlə bitəcək qədərimi kilometrlər təyin edirdi. Dəqiq bilirdim, komissar “başımın çiynimdə qalmayacağını” demişdi.

İkinci ifadə verilmişdi və dəyişdirilməsi ehtimalı yox idi. Ancaq K. Bu ifadəsini geri götürsə, bir ümid ola bilərdi. Gecə əlaqə qurmağa çalışdım:

“Sən…ifadəni…geri…götürməlisən…”

Cavab verdi:

“…Niyə…”

Mən:

“Mənim…əleyhimə…ikinci…ifadə…ölüm…deməkdir…”

O:

“Bunu…bilmirdim…”

Mən:

“Burada…həqiqəti…söyləmək…üçün…danışırıq..”

O:

“Geri…götürürəm…”

Mən:

“Təşəkkür…”

O:

“Sabah…”

Mən:

“Nəyə…ehtiyacın…var…”

O:

“Qələmə…”

Mən:

“Sabah…gəzinti…vaxtı…”

Qəfildən işıqlar yandı. SS-lərin gözləri içəri zilləndi. Səssiz şəkildə adyalın altında yatırdım. Ətraf yenidən zülmətə büründü. Gözlərim yaşarmışdı. “Geri götürürəm”…Bunu heç zaman unutmayacağam. Çox boğuq və aramsız taqqıltılar gəlirdi divardan. Hardansa boğuq bir səs gəlir və bu səs mənim üçün xilasımın yolda olduğunu müjdələyirdi. Bu xilas, edam məhkumunun sadəcə beynində mövcud idi. Digər tərəfdə, səkkizinci kamerada isə görünməyəcək qədər kiçik idi. Sabah sözlərə çevriləcək, sonra büroda altı imzalanmış bir protakol…və günlərin bir günü məhkəmə heyətinin qarşısına qoyulacaqdı.

“Ömrümün sonuna qədər minnətdaram, K.!”

Qələmin iti ucunu qırdım və gəzintiyə çıxanda özümlə götürdüm. Hər zaman olduğu kimi, tanımadığım altı adam, darısqal Gestapo həyətinin ətrafında dolaşırdı. Bizim dəhlizdə arxamızı çevirib, bir-birindən uzaq məsafədə dayanmış üç nəfərə baxırdıq. Növbətçi arxamızca gələnədək bir neçə saniyə gözlədik. Gizlincə səkkizinci kameraya tərəf sivişdim. Nəfəsliyi açıb qələmin ucunu içəri atdım. Nəfəsliyi yenidən örtüb tələsik yerimə qayıtdım. Mavi gözlərinin çaşqın baxışlarını, solğun üzünü, masanın üstünə qoyduğu qandallı əllərini heç zaman unutmayacağam. Növbətçi küncdən çıxıb bizə tərəf gəldi. Ürəyim sinəmi yarıb çıxacaq şəkildə döyünürdü. Kameralarımıza qayıtdıq.

Gecənin yarısı taqqıltı eşidildi:

“Təşəkkür…ifadəni…geri…götürdüm…”

Xilas olmuşdum.

Hər halda…

 

Alman dilindən tərcümə edən: Cəlil Cavanşir

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI
Çardaq seriyası

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021

Davamını oxu
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Qonaq

Yaqut Dəmirov – Qonaq

05 Mart 2026
Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

16 Dekabr 2022
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.