• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Şənbə, Mart 7, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

İnsanın dəyəri varmı? – KİNORESENZİYA

06 Aprel 2020
in Kinoteatr
İnsanın dəyəri varmı? – KİNORESENZİYA
Share on FacebookShare on Twitter

Kapitalist sistemi tənqid edən, onun iyrənc tərəflərini göstərən filmlər və kitablar hər zaman diqqətimi çəkir. Bunu sənətlə birləşdirib təqdim edən filmlər və kitablar daha çox maraqlı və lazımlıdır. Boş şüarçılıq, pafos oxucu və tamaşaçı şəxsən mənim üçün maraqsızdır. Bu yaxınlarda bəyəndiyim üçün yenidən baxdığım və filmsevərlərə ürəklə tövsiyə edə biləcəyim “Bazarın qanunu” (La loi du marché) filmində rejissor Stefan Brize mövcud sistemin, kapitalist düzənin, iqtisadi çətinliklərin fonunda insan hekayələrini təqdim edir. 2015-ci ildə Kann Film Festivalında 2 mükafat almış bu film, aldığı mükafatlara tam layiqdir.

Filmin qəhrəmanı Tierri Toqurdonun (Vinsent London) başına gələnlər bəlkə də çoxumuzun başına gəlib, ya da tezliklə buna bənzər şeyləri yaşayacağıq. Stefan Brize sistemi, kapitalizmi çox sadə insanların həyatı fonunda ifşa edir. Bu detal mənim çox xoşuma gəldi. Böyük holdinqlər, o holdinqdə çalışan böyük vəzifə sahiblərinin həyatı ilə empati qurmağımız çətindir. Məhz bu cür sadə qəhrəmanlar yaratmaqla buna nail olmaq, kapitalist sistemin çürüklüyünü göstərmək daha məqbuldur.

İki ildir işsiz olan Tierri Toqurdo ailəsini dolandırmaq üçün iş axtarır. Dövlət isə onu səhv kursa göndərir. Yaşı artdıqca onun iş tapmaq şansları da azalır. Müxtəlif təlimlərə qatılır. Çalışır, çabalayır. Amma ortalıqda heç nə yoxdur. İş tapması üçün özünü “satmağı” bacarmalıdır. Bu mümkün olmadıqda isə kapitalizm dünyasının bir parçası olmaq qeyri-mümkündür. Amma Tierrinin ailəsi var. Ağlını itirmədən onların qarşısındakı öhdəliklərini yerinə yetirməlidir. Böyük çətinliklərdən sonra o supermarketdə iş tapır. İşə girdikdən sonra qarşılaşdığı reallıqlar daha amansızdır. Onun kimi insanlar hər yerdə çətinlik çəkir. Şirkət (dolayısıyla sistem, kapitalizm) hər zaman haqlıdır və cəzalandırmaq onun işidir.

Tierri rejimin, sistemin dəyişməyəcəyini anlayır və öz hekayəsi ilə bizlərə də başa salır ki, bu sistemdə, bu rejimdə ən dəyərsiz varlıq insandır.

***

Supermarket səhnələri bir-birini əvəz etdikcə, insanın dəyərsizliyi daha da bariz görünür. Mühafizəçilərdən birinin “Bütün müştərilər potensial oğrudur” replikası əslində dəyərlərin tamamən çökdüyünü sübut edir. Sistem insanları bir tikə çörəyə möhtac vəziyyətə saldıqdan sonra amansızcasına istismar edir. Kütlə fərqində olmasa da, gec-tez bu taleyi yaşayacaq və yaşayır. Bu dəyirman hamını üyüdür. Əgər bir gün Tierri kimi üsyan etməyi bacarmırsınızsa…

***

Filmdə dialoqlar çox olsa da, sıxıcı deyil. Üstəlik yaxın plandan çəkilişlər, musiqi, kameranın tamaşaçıya işləməsi maraqlıdır. Sözsüz ki, baş rolun ifaçısı Vinsent Londonun aktyorluğu mükafata layiq idi. Kannda aldığı “Ən yaxşı aktyor” mükafatına layiq performansı ilə Vinsent London bu filmin bütün yükünü az qala təkbaşına daşıyır. Bəzən mimikaları, jestləri ilə böyük məsələləri izah edir.

Stefan Brizenin bu filmində hər kəs müəyyən qədər özünü tapacaq, təbii ki, axtarmağı bacarsa…

***

Kapitalizm öz şəxsi keyfiyyətlərindən vaz keçə bilən, hər şeyi sorğu-sualsız qəbul edə bilən, hadisələrə eyni baxış bucağından baxa bilən, daima “uğur”a diqqətini cəmləmiş beyinsiz robotlar yaradır. Bu sistem dəyişmədikcə iş həyatında vəziyyət dəyişməyəcək. Bəşəriyyət kapitalizmin məngənəsindən çıxa biləcəkmi? Bir gün öz təbiətimizə qayıtmaq ehtimalımız varmı?

Bu sualların cavabını vermək çətindir. Ümidimiz, bütün dünyanı ağuşuna alan kapitalist sistemin çöküşünə inanmaqdır…

İnsan sadəcə öz təbiətinə, əslinə döndüyü zaman dünya əmin-amanlıq içində, hüzurlu bir yer olacaq.

 

Hələlik hər şey bazar qanunlarına tabedir.

Elə bu yazı da, “La loi du marché”-dir…

 

Cəlil Cavanşir

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI
Ədəbiyyat

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021

Davamını oxu
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Qonaq

Yaqut Dəmirov – Qonaq

05 Mart 2026
Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

16 Dekabr 2022
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.