“İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Oğuz rayonunda həyata keçirəcəyi “Məktəblilər üçün peşə təhsilinin təbliği istiqamətində təlimlərin təşkili” adlı layihənin icrasına başlamışdır.
“İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə layihənin əsas məqsədi Oğuz rayonunun şəhər mərkəzində və kəndlərində olan məktəblərin yuxarı sinif şagirdlərindən 30 nəfər şagirdi peşakar kurslara (10 nəfər kişi bərbəri, 10 nəfər qadın bərbəri və 10 nəfər kompüter mühəndisliyi) cəlb edərək onlara peşə təlimləri keçmək, konkrekt peşə sahibi olması üçün, gələcək peşə istəklərinə uyğun iş qurma bacarıqları verməklə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Layhənin hazırlıq dövründə təlimçilər və müdavimlər seçilmiş, təşkil olunacaq kurslar müəyyənləşmiş, dərs cədvəlləri tərtib edilmiş və plana uyğun olaraq işin icrasına başlanılmışdır. Layihənin icra müddəti ərzində mütəmadi olaraq yerli mətbuatda və elektron saytlarda görülmüş işlər, əldə edilmiş nəticələr barədə press-relizlər yerləşdiriləcəkdir. Əsas əməkdaşlıq “Oğuz yurdu” qəzeti, dövrü mətbuat orqanlarından elektron qəzetlər ilə qurulacaqdır.