SEVİNCLİ GÜNLƏR
27 sentyabr 2020-ci il hamının yaddaşına həkk olundu. Bu gündən etibarən xalqımızın igid, qorxmaz, qeyrətli oğulları cəbhəyə yollandı. Onlar heç nədən qorxmayaraq erməni qəsbkarlarına qarşı vuruşurlar. Azərbaycan xalqı sizin sayənizdə sevincli günlər yaşayır. Allah sizə, qalan torpaqlarımızı da, geri qaytarmaq üçün güc-qüvvət versin. Xalqımızın rəşadətli oğulları, biz sizinlə fəxr edirik. İnanırıq ki, siz igidlər düşmənə qalib gələcəksiniz. Yaşasın şanlı ordumuz!