Tanınmış rus yazıçısı Vladislav Krapivin 82 yaşında vəfat edib.
Yazıçı Sverdlovskda sətəlcəmdən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Krapivin 14 oktyabr 1938-ci ildə Tümendə anadan olub. İlk hekayəsini 1959-cu ildə ilk yazan yazıçı bütün yaradıcılığı dövründə “Qılınclı oğlan”, “Durna və Şimşək”, “Karronad meydanından üç” də daxil olmaqla onlarla hekayə, roman və nağılın müəllifi olub. 1974 – 2018-ci illərdə bir sıra əsərləri ekranlaşdırılıb. Uşaq yazıçısı kimi də tanınan Krapivin milli uşaq ədəbiyyatının inkişafına və gənc nəslin vətənpərvərlik tərbiyəsinə verdiyi töhfələrə görə 1974-cü ildə Lenin Komsomolu Mükafatına və 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Mükafatına layiq görülüb.
//Kulis.az