Yazıçı Mirmehdi Ağaoğlunun Türkiyədə “Her şey oğlum için” adlı hekayələr kitabı çap olunub.
Mədəniyyət Nazirliyiindən APA -ya verilən məlumata görə, tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi toplu Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçıların Türkiyədə tanıdılması işi davam etdirilir.