1. Erix Mariya Remark – “Qərb cəbhəsində yenilik yoxdur”
“Qərb cəbhəsində yenilik yoxdur” əsəri 1928-ci ildə noyabrın 10-dan dekabrın 9-a dək dərc olunduğu dövrdə Remarkla yanaşı yüz minlərlə, hətta milyonlarla insan eyni sarsıntıları keçirmişdir. Remarkın açıq təsviri insanları müharibəni daha dərindən anlamasına şərait yaratmışdır. 1929-cu il yanvarın 31-də, Hitlerin 30.01.1933-cü ildə hakimiyyəti ələ alınmasından dörd il əvvəl kitabın nəşri Ulştayn –Konserninin “Propuleen” nəşriyyatında işıq üzü gördü. 1929-cu il mayın 7-də 500 000, 1930-cu il iyunun 1-də bir milyon nüsxə buraxıldı. İndiyə kimi 23 tərcümənin ən çox tiraj sayı ilə siyahısı belədir: “ Fransada (440 000), Rusiyada(410 000), ABŞ-da (325 000), İngiltərədə (310 000), Çexiyada (81 500), İspaniyada (75 000), Hollandiyada (70 000), Danimarka / Norveçdə (70 000), İsveçdə (67 000), Yaponiyada (50 000). İtalyan nəşri isə 1929-cu ilin payızında Mussolini tərəfindən qadağan olunub.
2. Yaroslav Haşek – “Cəsur əsgər Şveyk”
“Cəsur əsgər Şveyk” ilk anti-müharibə romanlarından biri hesab olunur. Romanda müharibənin iyrənclikləri qara yumorla anladılır. Haşek siyasətçiləri, məhkəmələri, din xadimlərini Rable, Servantes üslubu ilə yıxıb-sürüyür. Həm də Avstriya-Macarısan imperiyasında almanlığın və alman dilinin üstünlüyünün yeridilməsinə qarşı çexlərin lokal dirənişi təsvir olunur.
3. Ernest Heminquey – “Əcəl zəngi”
Əsərin qəhrəmanları Robert Cordan və Mariya arasındakı təmiz, ülvi məhəbbət hissləri parlaq boyalarla əks etdirilmişdir. Roman faşizmə qarşı təkcə yazıçı qələmi ilə deyil, əldə silah əsgər kimi döyüşən bir insan tərəfindən yazıldığından, oradakı hadisələr o qədər canlıdır ki, özünü həmin hadisələrin mərkəzində hiss edir, əsərin qəhrəmanlarının yaşadıqlarını təkrar yaşayırsan.
XX əsr dünya ədəbiyyatında xüsusi yeri olan məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899-1961) müharibə mövzusunda qələmə aldığı «Əcəl zəngi» romanı təkcə yazıçının öz yaradıcılığında deyil, ümumiyyətlə dünya ədəbiyyatı tarixində bu mövzuya həsr olunmuş ən sanballı ədəbi nümunələrdən biri sayılır
4. Tomas Berger – “Balaca böyük adam”
“Balaca böyük adam” Tomas Bergerin 1964-cü ildə qələmə aldığı satirik western romanıdır. Mövzusu XIX əsrdə Vəhşi Qərbdən bəhs edən roman, 121 yaşlı Jack Crabbın dilindən nəql olunur. Uşaqkən qırmızıdərililər tərəfindən qaçırılan Jack Crabb başına gələn hadisələri maraqlı dillə nəql edir. Əslində qırmızıdərili insanların yaxşı adam olduğunu, Amerika əsgərlərinin qəddarlığını izah edir. Amerikalı rejissor 1970-ci ildə Artur Penn roman əsasında eyniadlı film çəkib.
5. Yozef Haller – “Maddə 22”
Amerikalı yazıçı Yozef Haller “Maddə 22” romanını 1953-cü ildə yazmağa başlayıb və roman ilk dəfə 1961-ci ildə işıq üzü görüb. II Dünya Müharibəsindən bəhs edən roman, XX əsr dünya ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Roman üçüncü şəxsin dilindən qələmə alınıb. ABŞ hərbi qüvvələrinin Hava Qüvvələrində B-25 bomardumançı təyyarəsində xidmət edən kapitan Con Yossarian və onun yoldaşlarının Pianosa adasında yaşadıqları psixaloji gərginlikdən, həyatda qalmaq üçün göstərdikləri cəhdlərdən bəhs edir.
6. Kurt Vonnequt – “Sallaqxana N-5 və ya uşaqların səlib yürüşü”
Bütün zamanlarda ingiliscə yazılmış 100 ən yaxşı romandan biri hesab edilən “Sallaqxana N-5 və ya uşaqların səlib yürüşü” romanı çapından çox keçməmiş “zərərli kitablar” siyahısına düşdü və bütün məktəb kitabxanalarından yığışdırıldı. Şimali Dakotada onun kitablarını tonqala atıb yandırdılar. Vonnequtun ironiyası burda da işə düşdü : “Mən yeniyetmə olanda insanları yandırırdılar, indi isə kitabları yandırırlar. Zərər yoxdur – bu da inkişafdır.”
Amerikada hələ də “Sallaqxana N-5”dən sonra Vonnequtun birdən-birə necə məşhurlaşmasının və sonra necə sürətlə də “unudulmasının” sirrini çözmək istəyənlər, təhqiqat aparanlar var. Amma bu şöhrətin arxasında əslində, tam obyektiv səbəblər də tapmaq olar. Həmin illərdə Amerika Vyetnamla öz tarixinin “ən populyar olmayan” müharibəsini aparırdı və belə bir vaxtda Vonnequt bir müsahibə verib milyonlarla müharibə əleyhdarının fikrini ifadə etdi: “Bu müharibə göstərdi ki, biz nə qədər qəddar, amansız ola bilirik”.
7. Qraham Grin – “Səssiz amerikalı”
Roman Fransa –Viyetnam müharibəsindən bəhs edir. Müharibə müxbiri ingilis Thomas Fowlerin baxış bucağından nəql edilən romanda Fowlerin, Amerikalı gizli cəsus Alden Pyle və viyetnamlı gənc qadın Phuong arasındakı bir “sevgi üçbacığı” fonunda müharibə, əxlaqi münasibətlər, müstəmləkəçilik siyasəti təhlil edilir.
Roman Amerika əleyhinə yazıldığı üçün uzun müddət tənqidlərə məruz qalır. 1956-cı ildə çap olunan kitaba Hollywood 1958-ci ildə film çəkmişdir. Filmdə kitab təhrif olunmuş, filmin sonu Amerika siyasətini dəstəklədiyi üçün Graham Greene filmə qarşı çıxmışdır. 2002-ci ildə roman əsasında yeni film çəkilmişdir.
8. Ceyms Cons – “Buradan əbədiyyətə qədər”
Orjinal adı “From Here to Eternity” roman Amerikalı yazıçı Ceyms Consun 1951-ci ildə çap olunan, məhşur romanlardan biridir. Yazıçının bu romanı İkinci Dünya Müharibəsindən əvvəl, Amerikanın Havay adalarındakı 27-ci Piyada Briqadasında xidmət etdiyi dövrdə yaşadığı xatirələrə əsaslanır. Roman 1941-ci ildə Havay adalarında xidmət edən Amerikan əskərlərinin həyatından bəhs edir.
Roman əsasında iki film çəkilmişdir.
9. Riçard Huker – “MASH- Üç hərbi həkim haqqında bir roman”
Orjinal adı “MASH: A Novel About Three Army Doctors” olan romanı amerikalı hərbi cərrah və yazar H. Riçard Hornbergerin Riçard Huker imzasıyla qələmə aldığı müharibə komediyası janrında yazılmış romandır. Roman ilk dəfə 1968-ci ildə çap edilib. Romanın motivləri əsasında 1970-ci ildə “MASH” adlı film çəkilib. Filmin uğurlu səhnə həyatından sonra roman əsasında 1972-1983 illər arası, 11 sezon davam edən teleserial çəkilib. Romanın qeyri-adi uğuru, bestsellərə çevrilməsindən sonra 1972-1977-ci illərdə romanın davamı olaraq 14 roman çap olunub. Bu romanlardan ikisini Richard Hooker təkbaşına yazsa da, digər 12 romanda onun imzası ilə yanaşı William E. Butterworth-un da imzasına rast gəlirik.
MASH, ingilis dilində “Mobile Army Surgical Hospital” – “Səyyar Ordu Cərrahi Qospitalı” mənasını verən sözdən yaranıb.
Romanda 1951-ci ildə, Koreya savaşı zamanı qurulmuş 4077 nömrəli MASH, burda xidmət edən hərbi cərrahlar, onların tibbi personalından bəhs edilir.
MücrüART