TƏYYARƏ
Azərbaycan. Uşaq bağçasının önü. Günəşli bir gün.
Onur:
– Uşaqlar, baxın, eheey lap uzaqdan təyyarə gəlir! Urra!
***
Əlləri əsdi. Gözlərini yumdu. Dərindən nəfəs aldı. Üçə kimi saydı. Tətiyi çəkdi.
***
Ana:
– Onur, niyə kefin yoxdu?
Oğlu məyusluqla:
– Təyyarə bizə tərəf gəlmədi…
Ana köksünü ötürdü. İndicə xəbər verilmişdi:
– Düşmənin uşaq bağçasına atmaq istədiyi raket Azərbaycan ordusu tərəfindən məhv edilib!
P.S. Tətiyi çəkən Onurun atası idi…