QALİB
Küləyin əsrarəngiz zümzüməsi at fınxırtısına qarışmışdı. Bu kürən atlara Qarabağ atı deyirdilər. Qarabağ üzündə nəhəng təbbəssümlə, gözlərini ovuşdura-ovuşdura cıdır düzünə tərəf boylandı. Atasına uzaqdan əl yellədi. Atası atı çəpərə doğru sıçratdı, cilovunu əlində möhkəmlədərək, hər iki övladını təbbəsümlə salamladı. Əlində tutduğu Xarıbülbülü balaca Şuşanın saçlarına ilişdirdi. Qarabağ üzündəki sərt ancaq qürurlu ifadəylə, atasını sorğu-sual etməyə başladı:
Qarabağ: Ata görəsən bu dəfə çövkən oyunun qalibi kimdir?
Ata: Qarabağ, Azərbaycandır!