• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Çərşənbə axşamı, May 27, 2025
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Nargisin hekayəsi – Gilənar rənginə boyanan ovuclar

Karantin günlərində oxu

12 Aprel 2020
in Ədəbiyyat, MÜCRÜ NƏŞRİYYATI, Yazarlar
Nargisin hekayəsi – Gilənar rənginə boyanan ovuclar
Share on FacebookShare on Twitter

MücrüART yazıçı Nargisin “Mücrü” nəşriyyatının “Proza” seriyasında yenicə işıq üzü görmüş “Metakədər” kitabından hekayəni təqdim edir.

Atamın xəstə olduğunu öyrəndiyimdə mənim 8 yaşım var idi. Əslində o zamanlar atamla bağlı elə çoxda xatirəm yox idi. Anamın danışdıqlarından savayı, anam da az şey danışardı, çox az.

Yadımda qalan bəzi xatirələri sizə danışmaq istəyirəm. Düşünəndə köhnə film kadrı kimi gözlərimin önündə canlanan xatirələrimi.

O zamanlar şimalda bir şəhərdə yaşayırdıq. Çox gözəl bir şəhər idi. İndi yaşadığm yerlə təzadlı bir şəhər…

Dağların arasında yerləşən, meşələrin yaşıl-zümrüdü rənginə boyanan şəhər…

Bizim qaldığımız yer çay və dağın arasında yerləşirdi. Təbiəti qoxlayıb yuxudan oyanmağı ləzzəti bir başqa idi.

Bambuk ağaclarının  aşağı əyilən budaqlarından tutaraq dağa dırmaşmağa çalışmaq, ağacın iti yarpaqlarının qanatdığı ovuclar… Palıdın iri gövdəsinin arxasında gizlənmək, küknarların dümdüz qamətinə tamaşa etmək, yazda çıxan bənövşələri dərmək üçün dağın ən tənha yerlərini gəzmək ayrı zövq verirdi bizə.

Dağın ətəyində yerləşən həyətimi nərgiz gülləri bəzəyirdi. Bu gülləri atam əkibmiş.

Ancaq mənim atama dair ilk xatirəmdə mən balacayam, o məni qucağında əzizləyir, mənə qırmız ı(çəhrayı da ola bilər) peryanniklər alıb. Qeyd edim ki, mən peryanikkləri hələ də çox xoşlayıram…

İkinci xatirəmdə atama anam telefon vasitəsiylə xəbər verir ki, “qızımız birinci sinifə gedəcək”, bu zaman göydən bir hörümçək sallanırdı, mən anamı dinliyə-dinliyə qonşuların “evdən hörümçək sallanırsa qonaq gələcək, onu öldürmək olmaz ha” sözlərini düşünərək sevinir, hörümçəkdən atamı diliyirdim.

O gəldi, doğrusu bu qədər erkən gələcəyini bilmirdim. Məni məktəbə apardı, hətta mənə pambıq şəkəri də almışdı. Qeyd edim ki, mən pambıq şəkərlərini indi də çox sevirəm…

Məni məktəbə apardı, məktəb evimizə çox uzaq idi, anam məni şəhərdəki yeganə Azərbaycan məktəbinə qoymaq üçün çox çalışmışdı. Məktəbə ilk dəfə idi ki atamla girirdim. Üzümdə qürurlu təbəssüm vardı, sanki hamıya baxıb qışqırırdım “mənim də atam var” …

Sonra o məni öpdü, mən onu qucaqlaya bilmirdim, necə qucaqlayım axı, atanı necə qucaqlayarlar bunu bilmirdim. “Evdə olmayıb, qonşudan gəlməyib” misalı…

O gözdən itənədək ardınca baxdım, o da məktəbin hasarının yanında dayanıb mənə baxdı. Ona qarşı elə dərin hisslər içindəydim ki, görəsən o da məni elə sevirdimi?

Bilmirəm…

Amma anam deyir ki, atan səni başqa sevirdi. Ən gözəl şeyləri səninçün alar, sənə yedirdərdi. O sənin güclü böyümən üçün hər şeyi edərdi.

Sonra bir gün o gəldi. Çox gümrah görünürdü. Məgərsə xəstəliyin sonuncu əlamətləri imiş bu gümrahlıq. Atama dair sonuncu xatirəm budur. Mən istəyirdim ki, o sağalsın.

Xatirimdədir ağacımızdakı son gilənarları toplayıb ona yedirtdiyim. O gilənarları yedikcə ağlayırdı. Mən düşünürdüm ki, onu sağalda bilərəm, ya da möcüzə baş verər.

Gözlərindən axan yaşları gilənar rənginə boyanmış ovuclarımla silirdim. Amma heç soruşmurdum bunun səbəbini, düşünürdüm ki, yəqin harası isə ağrıyır, ya da qorxur,ona görə ağlayır. Uşaq ağlı…

Əslində onun peşiman olduğunu yaxşı bilirdim… Bizimlə keçməyən saatları üçün peşiman idi.

Atam xəstə döşəyində yatdığı zamanlar mənə çoxlu vədlər vermişdi, çoxlu sözlər… nədənsə bunun reallaşmayacağını hiss edirdim. İndi belə xatırladıqca birtəhər oluram. Atamın dostu onun rentgen cavablarını gətirdiyi zaman isə atamın artıq öldüyünü ona dedim. Kişi yerə əyilib ağladı. Ayaqlarıma əyilib ağlayan adama baxırdım sadəcə. Əsəbi idim, atamdan küsmüşdüm. Atamı evin ortasına qoyub ağlayırdılar, qonşular və anam. Onun heç kimi yox idi onsuzda. Məni də yoxuydu artıq. Məni də itirmişdi,  verdiyi vədləri tutmadan gedirdi. Bəlkə də verdiyim vədləri tutmamağı ondan öyrəndim kimbilir.

Sonra onu el adətincə yuyub, kəfənləyib, torpağa tapşırdılar. Nədənsə doymaq bilmir bu torpaq. Onun arxasınca sadəcə bir dəfə baxdım.

Görünür onunla hələ də barışmamışam, ondan sonra bir daha ata sözünü tələffüz etmədim. Uşaqlar atalarından danışanda ya susdum, ya qaçdım…Özümdən qaçdım…

İçimdəki o boşluğu görmələrindən, mənə gülmələrindən qorxdum bəlkə də…

Nə bilim uşaqlıqda insan çox məsum duyqular yaşayır. Uşaqlığın sevinci də başqadır, kədəri də…

Artıq 2015-ci ili qeyd edirik. Ətrafıma baxıram hər şey yerindədi, çox şeyə sahibəm. Şükr etdiyim zamanlarım da olmur deyil. Nədənsə içimdəki “o” böyük boşluğu hələ də doldura bilməmişəm. Görünür “İnsanların içimizdə yaratdığı boşluqları adamlar doldura bilmir”… Və görünür il yeni, mən isə həmişə köhnəyəm …

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI
Ədəbiyyat

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021

Davamını oxu
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Sübh çağı

Yaqut Dəmirov – Sübh çağı

06 May 2025
“İlin Yazarı – 2025” müsabiqəsi

“İlin Yazarı – 2025” müsabiqəsi

28 Aprel 2025
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2021 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2021 Mücrü ART | Design: Proyekt Group.