• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Şənbə, Mart 7, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

“Narkotik kilsəsi”nin papası – Tomas De Kvensi

29 May 2020
in Ədəbiyyat
“Narkotik kilsəsi”nin papası – Tomas De Kvensi
Share on FacebookShare on Twitter

Yazar olmaq üçün litseydən qaçdı…

Mançestrdə tacir ailəsində doğulan, morfinin və digər narkotiklərin yorulmaz təbliğatçısı və morfin aludəçisi olan Tomas De Kvensi ingilis ədəbiyyatında önəmli bir yerə sahibdir. 1785-ci ildə zəngin tacir ailəsində doğulsa da, pula, var-dövlətə o qədər də marağı yox idi. Daima narahat və melanxolik ovqatı ilə ailəsini bezdirən Tomas təhsil aldığı Mançestr litseyindən anasına yazdığı məktublarda mənəvi cəhətdən yorulduğunu çatdırmağa çalşsa da, ailəsi onun melanxoliyasını, tənhalğını və şikayətlərini ciddiyə almırdı. Tomas məktublarının birində anasına yazırdı: “Təbii olaraq tənhalıqdan məmnunam, amma hər kəsin kaş ki, yanımda biri olsaydı dediyi anlar olur”. Atasının ölümündən sonra ailənin bütün yükünü çəkən, Tomasın digər qardaşlarına və bacılarına baxmağa məcbur olan anası oğlunun nazını çəkə bilməzdi. Anasına görə Tomasın melanxoliyası dünyada heç bir həkimin müalicə edə bilməyəcəyi xəstə zehniyyətdən qaynaqlanırdı. Doğmalarının belə anlamadığı gənc Tomas litseyin üçüncü kursuna qədər səbr edə bildi. Tomasın ən böyük arzusu yazar olmaq idi və o, 17 yaşında xəyyallarının arxasınca getmək üçün litseydən qaçır. Tomas çox sadə plan qurmuşdu. Dövrünün bir çox gənc şairləri kimi o da Uilliam Vortsvorda pərəstiş edirdi. Litseydən ayrıldıqdan sonra məqsədi Vortsvordun yaşadığı göllər bölgəsinə getmək, onunla görüşmək idi. Ailəsindən pul istəməyi mümkün deyildi. Amma onun səyahət fikrini hər zaman dəstəkləyən dayısı ona köməklik edə bilərdi. Tomas nə ailəsini, nə də dayısını narahat etmədən, Vortsvordun yanınan getmək fikrindən də daşınaraq Galler bölgəsini gəzməyə qərar verdi. Ailəsi Tomasın harada olmasından xəbərsiz, Tomas da pulsuz və səfil vəziyyətdə idi. O heç kəsdən kömək istəməyi özünə sığışdırmırdı. Bir neçə aydan sonra ailə dostları Toması London küçələrində avaralanarkən tapdı. Tomasın aylardır dilənçilərin, küçə uşaqlarının və fahişələrin arasında yaşadığını eşidən ailə dostları dəhşətə gəlmişdi. Toması tapan ailə dostları onu ailəsinə təhvil verirlər. Beləcə, yazar olmağı qarşsına məqsəd qoyan gənc, evə dönməyə məcbur olur.

Kitablar və fahişələr arasında

Uzun müddət Londonda yaşadığı səfil həyat Tomasın gözünü qorxutmuşdu. Ona görə də anasının istəklətini yerinə yetirməyə  etiraz etmədi. Anası Onu Oksforddakı “Worcester” Kollecıni yazdırır. Anası ən böyük arzusu onun təhsil alması, elmlə məşğul olması idi. Yazar olmaq üçün ilk cəhdi fiaskoya uğrayan Tomas özünü tamamən dərslərinə həsr etmiş, xeyli dostlar qazanmışdı. Amma yenə də yaşadığı həyatdan məmnun deyildi. Universitet gəncliyini içki içən, mənasz söhbətlər edən, intellektuallıqdan uzaq gənclər hesab edir, amma içki məclislərdindən geri qalmırdı. Özünü bu mühitdə tapmasa da, London küçələrinin vəziyyəti ilə müqayisədə özünü cənnətdəki kimi hiss edirdi. Vortsvorta həddindən artıq heyran olan Tomas yanına gedib çıxa bilməsə də ona heyranlıq dolu bir məktub göndərdi. Məktubun başdan-sona yaltaqlıq olduğunu görən Vortsvord Tomasa çox sərt bir cavab məktubu yazdı. Tomas ruhdan düşmədi. Artıq pulu olduğu üçün özünü kitablara həsr etdi və fahişələrlə vaxt keçirməyə başladı. Kitablar onun xilaskarı, fahişələr təsəllisi idi.

Narkotiklə tanışlq

1804-cü ildə Tomas de Kvensi ilk dəfə morfinlə tanış olur. Diş ağrısı səbəbi ilə morfi istifadə etməyə başlayan yazar, bir daha bu yoldan geri dönə bilmədi. Tomas De Kvensi yazırdı ki, “Xoşbəxtliyi bir peniyə satın almaq, qoltuq cibində gəzdirmək mümkündür.” Narkotik istifadə etdikdən sonra operalara və konsertlərə ayaq açan Tomas, sənətdən ikiqat artıq zövq almağa başladı. Kollecdə isə yalnız üç həftədə bir dəfə narkotik istifadə edir, özünü aludəçilikdən qorumağı da bacarırdı. 21 yaşına çatanda atasından qalan mirasdan ona çox böyük miqdarda pay düşdü. Maddi təminat onun üçün çox önəmli idi. Bundan sonra anasından aslı deyildi və istədiyini edə bilərdi. Müəllimlərindən biri Toması “həyatımda tanıdığım ən ağıllı adam” deyə tərifləsə də, Tomas Kollecin buraxılış imtahanlarına girməkdən imtina etdi.  Artıq kifayət qədər pulu vardı və diploma ehtiyacı yox idi. Arzularının arxasınca getməyin zamanı çatdığını anlayan Tomas yenidən yoxa çıxdı.

Sadəcə özü və kitabları üçün yaşayan yazar

1807-ci ildə Vortsvordun digər heyranı məhşur şairlərdən Koldric, de Kvensini böyük şairlə tanış etdi. Tomas artıq 17 yaşında, məhşurlara yaltaqlıq edəcək  yeniyetmə deyildi. Artıq Vortsvorda əvvəlki kimi heyranlığı da qalmamışdı. Hətta onun görüntüsünün, fiziki görünüşünün şeirlərinin yanında sönük hesab edirdi. 1,75 m boyu olan Vortsvorda “o qədər də nəhəng adam deyil” deyən Tomasın boyu cəmi 1,52 m idi.  Yəni boy-buxun sarıdan istər-istəməz Vortsvorddan geri qalırdı. Amma böyük ehtimalla şairin ona yazdığı məktubu unuda bilmirdi. Bütün bunlara baxmayaraq Vortsvordla De Kvensi tez dostlaşdılar. Hətta 1810-cu ildə Vortsvord De Kvensini üçüncü oğlunun xaç atası olmasına icazə verdi. Böyük bir ədəbiyyatçı olmağı arzulayan Tomas çox irəli gedə bilmirdi. Xüsusilə yazı sahəsində uğur qazanmağı 30 yaşına qədər demək olar ki, mümkün olmadı. Ədəbiyyatdakı xidməti, alman yazıçılarından etdiyi tərcümələrdən və Vortsvordla birlikdə jurnal çıxarmaqdan ibarət idi. Müxtəlif yazı təklifləri alsa da, Tomas bu təkliflərin heç birini vaxtında çatdıra bilmirdi.

Tomas De Kvensinin yazmağına mane olan ən böyük faktor oxuma vərdişi idi. Oxumaq bütün yazarlar üçün vacib faktor olsa da, De Kvensi əndazəni aşmışdı. Mirasdan gələn pulun böyük bir hissəsini beş min kitabdan ibarət, möhtəşəm bir şəxsi kitabxana qurmağa sərf etdi. Mənbələrdə Koldric kimi məhşur bir şairin bir vaxtlar De Kvensidən oxumaq üçün 500-dən çox kitab aldığı qeyd edilir. Vortsvordun baldızı Sara, De Kvensi haqqında yazırdı: “Sadəcə özü və kitabları üçün yaşayır”. Kitablara həddindən çox maraq göstərən De Kvensi evlənəndən sonra kitablarını saxlamaq üçün ikinci ev tutmağa məcbur olur.

Kitab aludəcisi De Kvensinin Vortsvordla dostluğu uzun sürmür. Müxtəlif səbəblərdən bu dostluq pozulur. Morfi aludəçiliyi o həddə çatmışdı ki, o artıq gün ərzində 8.000 damcı morfi istifadə edirdi. Ara-sıra morfi və narkotik haqqında London jurnallarına yazılar yazır, bacardıqca insanlardan təcrid olunmağa çalışırdı. 1822-ci ildə “Bir ingilis morfi aludəçisinin etirafları” kitabı çap olundu. Bu kitab De Kvensiyə inanılmaz şöhrət və problemlər gətirdi. Dərhal ona cavab olaraq “Morfi aludəçisinə tövsiyələr” adlı kitab çap olundu. Daha sonra 1823-cü ildə morfi aludəçilərindən birinin ölümü De Kvensiyə baha başa gəldi. Gənc bir həkim morfi istifadəçilərinin ondan ilhamlandığı iddiasını irəli sürürdü. Britaniyada həkimlər XIX əsrdə morfi və narkotik istifadəçilərinin böyük əksəriyyətinin “Bir ingilis morfi aludəçisinin etirafları” kitabından ilhamlandığı irəli sürürdü. Londonda böyük əksəriyyət buna inanırdı. De Kvensi kitabına yazdığı ön sözdə deyirdi : “Bu kitab papası mən olduğum kilsənin doktorinasıdır”.  O narkotik istifadəsindən bir gün də olsun vaz keçmədi. Etiraf edirdi ki, naşirlərin sifarişlərini yerinə yetirməsi üçün morfi istifadə etməsi mütləqdir.

Özünü “Narkotik kilsəsinin papası” adlandıran, 1859-cu ildə vəfat edən Tomas De Kvensi öldüyü günəcən morfi istifadəçisi oldu və öz əcəliylə dünyadan köçdü.

Cəlil Cavanşir

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI
Çardaq seriyası

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021

Davamını oxu
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Qonaq

Yaqut Dəmirov – Qonaq

05 Mart 2026
Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

16 Dekabr 2022
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.