DÖYÜŞ ƏZMİ
Xarici jurnalist millət vəkilindən soruşur:
– Niyə əsgərləriniz döyüşə əzmlə, coşqu ilə can atır?
– Onlar illər öncə doğma yurdlarından zorakılıqla qovulmuş, amansızlıqla qətlə yetirilmiş əzizlərinin müsibətini yaşamış kiçik oğlanlardır.