• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Şənbə, Mart 7, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Öyüd – Arifə Qəribin essesi

19 İyun 2020
in Ədəbiyyat
Öyüd – Arifə Qəribin essesi
Share on FacebookShare on Twitter

Kimin öyüdünə ehtiyacın var?

Kimə öyüd verməyə haqqın var?

İnsan övladı dünyaya göz açdığı ilk andan – anasının isti bətnindən ayrıldığı ilk saniyələrdən içinə düşdüyü qəribə dünyanı tanımağa can atır. Ona ayrılan ömür yolunda dünyanı tanıya-tanıya kimi şair olur, kimi yazıçı, kimi bəstəkar olur, kimi rəssam, kimi də neçə-neçə şair və rəssamın ilham mənbəyi, mövzu qaynağı….

Elə hey düşünür insan: “Necə yaşamalı”? Hamı bir-birinə “ağıllı” məsləhət verməkdə ixtisaslaşıb. Bu yerdə atalar yaxşı deyib: “Keçəl dərman bilsə, öz başına yaxar”…. keçəllik də ki, bu qədər bahalı “müalicəvi” şampunlar olduğu bir vaxtda günü-gündən artır…

Çox ucadan demək istədim: “Ay ağıllılar”, mənə ağıl öyrətməkdə haqlısızmı?  Yəni birdəfəlik qəbul etmək çoxmu çətindir ki, İnsan sirlidən-sirli bir məxluqdu və kiminsə öyüdünün ona necə təsir edəcəyinı necə proqnozlaşdırmaq mümkün deyil? O qədər sirlidi ki, ata-anası, bacı-qardaşı, daha kimlər, kimlər ondan baş çıxarmaqda aciz olduğu kimi, özü də öz-özündən baş çıxara bilmir. Özümüzü dərk edə bilsək, başqalarına da öyüd vermək haqqını qazanmış olarıq.

Qədim dövrlərdən bu yana elə hey nəsihət ədəbiyyatı yazılıb: o olar, bu olmaz, onu elə, bunu eləmə… Nəticə? Nəticədə İskəndər də dünyaya səs salıb, ona “dərs verən” Diogen də, amma hər ikisi tarixdə qalıb. Və daha neçə milyardlarla insan. Bu qədər tarixləri, fərqli taleləri öyrənən, kimlərinsə məğlubiyyətinin, ya da qalibiyyətinin sirrini cild-cild kitablardan oxuyanlar (Başqalarının səhvləri üzərində öyrənənlər, “Kəlilə və Dimnə”yə görə, müdrik olmalıdı…) niyə müdrikləşmir, kamilləşmir bəs?

İnsanları cins, temperament, xarakter, nə bilim, burclər və daha nələr-nələr adı altında qruplaşdırmağa çalışıblar. Əgər bütün fikirlər (“Mütləq Həqiqət”dən başqa) yanlışdırsa, onda bu qədər yazmağa nə ehtiyac var idi?Amma İnsan belə yaradılıb da, müşkülü (özünün dərkini) asan eləmək üçün bir sistem, bir nəzəriyyə ortaya qoymağa həmişə cəhd edir. Sadəcə növbəti uğursuz cəhd…Hər dünyaya gələn körpə Yaradanın daha mükəmməl bir varlıq yaratmaq üçün növbəti cəhdidi. Belə olan halda, hər insan daha üst bir versiyadı. Daha təkmil olmağa proqramlanıb. Hesablamalar aparılıb, amma yaşayacağı dünyadakı çoxsaylı qüsurları olan əvvəlki variantlar və hətta özündən sonra yaranacaq daha təkmil versiyalarla birlikdə yaşamaq məcburiyyətində olduğu nəzərə alınmayıb. Nəzərə alınmayıb ki, birinin qüsuru digərinin qüsurundan qaynaqlanır. Yaxud da bir insanın səhv və ya düz olmasından asılı olmayaraq bəzən bir qövmün taleyini dəyişməyə yetir.

Bağışlamaq, unutmaq, inanmaq, sevmək qabiliyyətləri – hadisələri qavrama və qəbullanma imkanları müxtəlif olan insanların başqalarında eyni duyğuları axtarması onların daxilindəki üsyanlara, fırtınalara, fəlakətlərə səbəb olur. Bəzən bir yad baxış, bir ögey söz doqquz ballıq zəlzələdən pis günə qoyur bizi. Ya da bir kəlmə xoş söz, ya da sözsüz etiraf bizi göyün yeddinci qatına qaldırır. Hələ mən kimliyini belə bilmədiyimiz bir adamın buzda sürüşüb yıxıldığımızda bizi yerdən qaldırmasını, ağrı içində qovrulduğumuzda ana qayğısı ilə bizə təsəlli verən mehriban çöhrəli bir həkimin yardımını, oxuduğumuz ən maraqsız kitabda belə kəşf elədiyimiz müdrik fikri, səhər tezdən işə getdiyimiz avtobusda eşitdiyimiz melodiyanı, daha nələri, nələri demirəm (Rəhmətlik Əli Kərimin “adi bir insan”ın ömür yolundan bəhs etdiyi məşhur şeiri düşdü yadıma). Bizim biz olmağımızda bəzən “qanadını bilmədən sındırdığımız bir quşun könül çırpıntıları” o qədər böyük rol oynayır ki…

Həyatımız boyunca bizimlə bir addımlayacaq sadəcə bir adam olacaq yanımızda – özümüz.  Ən qorxunc düşmənimiz, ən səmimi dostumuz. Daim ağlı və ürəyi arasında olan Qıl körpüsündəki keçilməz yolda ilişib qalan İnsan, özünə qulaq as. Bu yaxşı bir məsləhətdi, özümün özümə məsləhəti. Amma mənə məsləhət vermək cəsarətini özündə tapan və haqqı olduğunu düşünən hər kəsin məsləhətini dinləyə bilərəm. Qulaq verəcəyəmmi bu məsləhətə? Bax, bunu bilmirəm.

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı
Manşet

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021

Davamını oxu
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Qonaq

Yaqut Dəmirov – Qonaq

05 Mart 2026
Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

Əli Əmirlinin yeni kitabı işıq üzü görüb

16 Dekabr 2022
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.