2020-ci il üçün “Pulitser” mükafatının qalibləri müəyyənləşib.
Mükafat 21 kateqoriya üzrə təqdim olunub.
Builki mükafatın qalibləri aşağıdakılardır:
İctimai Xidmət – “Anchorage” gündəlik xəbərlər (“ProPublica” xəbər
istehsalçının töhfələri)
Son dəqiqə xəbərçiliyi – “The Courier-Journal”ın heyəti
Araşdırma jurnalistlik – “New York Times”ın əməkdaşı Brayn Rosental
Açıqlayıcı jurnalistlik – “Washington Post”un heyəti
Yerli xəbərçilik – “Baltimore Sun”ın heyəti
Milli xəbərçilik – “Seattle Times”ın əməkdaşları Dominik Qeyt, Stiv Miletiç, Mayk Beykr və Levis Kamb, “ProPublica”nın əməkdaşları Kristian Miller Meqan Rouz və Robert Fatureçi
Beynəlxalq xəbərçilik – “New York Times”ın heyəti
Yazı – “The New Yorker”in əməkdaşı Ben Taub
Şərh – “New York Times”dan Nikol Hanna-Cons
Tənqid – “The Los Angeles Times”dan Kristofer Nayt
Baş məqalə – “The Palestine Herald Press”in əməkdaşı Cefri Gerritt
Karikaturaçılıq – “The New Yorker”in yazarı Bari Blitt
Son dəqiqə xəbər fotosu – “Reuters”in fotoqraf heyəti
Fotoqrafiyaçılıq – “Associated Press”dən Çanni Anand, Muxtar Xan və Dar Yasin
Dram Kitablar və Musiqi kateqoriyaları üzrə “Pulitser” mükafatının builki qalibləri aşağıdakılardır:
Dram – Maykl Caksonun “Qəribə döngə” (“A Strange Loop”) əsəri
Tarix – Keylb MakDanielin “Azadlığın şirin dadı: Amerikadakı əsarət və köləliyin gerçək bir hekayəsi” (“Sweet Taste of Liberty: A True Story of Slavery and Restitution in America” (Oxford University Press)
Avtobioqrafiya – Bencamin Mozerin “Sontaq: Onun həyatı və işi” (Sontag: Her life and her work”) əsəri
Uydurma – Kolson Uaythedin “Nikkel oğlanlar” (“The Nickel Boys”)
Şeir – Ceriko Braunun “Ənənə” (“The Tradition”) əsəri
Uydurma olmayan ümumi əsər – Qreq Qrandinin “Mifin sonu: Amerikanın ağlındakı sərhəddən sərhəd divarına qədər” (” The End of the Myth: From the Frontier to the Border Wall in the Mind of America”) və Anne Boyerin “Ölməzlik: Ağrı,
Zəiflik, Ölüm, Tibb, İncəsənət, Vaxt, Xəyallar, Məlumat, Tükənmək, Xərçəng və Qayğı” əsəri
Musiqi – Antoni Devis “Mərkəzi Park Beş” (“The Central Park Five” musiqisi).
APA