“Mücrü” nəşriyyatının təsis etdiyi “Mücrü” Ədəbiyyat Mükafatı elan etdiyi ilk müsabiqəyə – “Qarabağ Azərbaycandır” adlı qısa hekayə müsabiqəsində Münsiflər Heyətinin qiymətləndirməsi başa çatıb.
Müsabiqəyə qəbul edilən bütün qısa hekayələr Mücrü ART (www.mucru.art) portalında yayımlanıb. Münsiflər Heyətinin 5 üzvü 5 ballıq şkala ilə bütün qısa hekayələri qiymətləndiriblər (maksimum 25 bal).
Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata görə əsər qəbulu 1 ay müddətində davam etmiş və 300-ə yaxın müsabiqə iştirakçısını əhəta etmişdir.
Münsiflər Heyətinin qiymətləndirməsi əsasında 25 mümkün (maksimal) baldan ən azı 12 bal toplamış qısa hekayə müəlliflərinin (14 müəllif) qısa siyahısı aşağıda göstərildiyi kimi olmuşdur (müəlliflər əlifba sırasına uyğun şərti sıralanmışdır):
QISA SİYAHI
- AİŞƏ SƏFƏROVA
- AYAZ İLYASOV
- ELVİN RİZVANGİL
- ESMİRA HÜSEYNLİ
- ESMİRA İSMAYILOVA
- ƏLƏSGƏR ƏHMƏD
- FİDAN MƏDƏTOVA
- GÜNEL RƏCƏB
- HAFİS ABDULLAZADƏ (AREFİ)
- HAFİZ HACXALIL
- XALİD ALP
- MİNA RƏŞİD
- NURLANA MƏMMƏDOVA
- VÜSAL OĞUZ
Qaliblərə qiymətli hədiyyələr və kitab dəstləri hədiyyə ediləcək. İlk 5 yeri qazanan müəlliflər diplomla təltif olunacaqdır.
Qeyd edək ki, müsabiqəyə göndərilmiş əsərlərin hamısı kitab toplu halında nəşr ediləcək.
Müsabiqənin Təşkilat Komitəsinin verdiyi məlumata görə yaxın vaxtlarda müsabiqədə iştirak müəlliflərin balları və qaliblərin adları mətbuata açıqlanacaq.