“Mücrü” nəşriyyatının “Proza” seriyasında yazıçı Əziz Yazarın sayca 4-cü kitabı – “Qiyamət” adlı romanı işıq üzü görüb. Nəşriyyatın MücrüART-a verdiyi məlumata görə redaktoru Əsəd Cahangir olan roman “gerçək fantastika” janrında qələmə alınmışdır.
Roman, “Tanrı sizin kökünüzü kəsmək üçün bu tədbirə əl atıb. Unutmayın ki, tapdığınız qidaları belə sürətlə tükədib bitirsəz, müsibətlərə düçar olarsız. Sərhədlərsə mələklərin göstərişi ilə bağlıdır. Şəhərdən kənara çıxmağa cəhd edənlər həbs olunacaq. Həbsxanada 70 ildən çox gözləməkdənsə, açıq səma altında addımlayın” sətirləri ilə başlayır.
Kitabın redaktoru ön sözündə yazır:
“Qiyamət” nəinki milli, hətta dünya bədii fikrində bu mövzuya həsr edilən ilk romandır. Bu anlamda roman milli bədii nəsr düşüncəmizi əyalət çərçivələrindən çıxarıb, dünya nəsr meridianlarına qovuşdurmaq iddiası və potensialına malikdir.