ƏSL PAPAQ
Qürurlanmışdı… kəndləri düşməndən alınandan sonra! Daxili zahirinə də təsir etmişdi. Heç nəyə ehtiyacı yox idi. Təkcə papaqdan başqa. Cavanlığı, həm də illərdir torpağı işğalda olduğundan utanmışdı özünə əsl papaq almağı… Daha papaqsız qalmayacaqdı. Yaşlaşmışdı, həm də yurduna başı papaqlı qayıtmalıydı…