Nəşr “Mücrü” nəşriyyatının “Çoxbilmiş” uşaq seriyasında işıq üzü görmüşdür.
İtalyan uşaq yazarı Susanna Tamaronun orijina adı “Papirofobia” olan kiçikhəcmli hekayəsi 8-16 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Əsər gözlərinin zəif görməsi ucbatından evdən qaçan balaca məktəblini hekayəyə alır. Onun qarşısına kim çıxacaq? Yolundan kim döndərəcək? Valideynləri onu anlayacaqlarmı? Bütün bu suallara kitabı bitirəndə cavab tapacaqsınız.
Qiyməti: 2 AZN
Nəşr göstəriciləri: 24 səhifə, A5, ağ-qara, “Mücrü” nəşriyyatı / 2020