• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Bazar ertəsi, May 19, 2025
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Xanım Anela: “Gündəliyim anamın əlinə keçdi…” – MÜSAHİBƏ

22 Sentyabr 2020
in Ədəbiyyat, Gündəm, Manşet, Müsahibə, Yazarlar
Xanım Anela: “Gündəliyim anamın əlinə keçdi…” – MÜSAHİBƏ
Share on FacebookShare on Twitter

Bu gün yazıçı, “Mücrü” nəşriyyatının tərcüməçisi Xanım Anelanın doğum günüdür. “Mücrü ART” yazıçı ilə müsahibəni təqdim edir.

 

– İstəyirəm söhbətimizə elə ilk romanından – “Amarna günahkarları”ndan başlayaq. Hansı ki ilk oxucularından biri mən olmuşam. Necə oldu qərara gəldin ki, “mən məhz roman yazacam”?

– Əslində roman olacağını bilmirdim. Sadəcə o dövrdə yazmaq istəyirdim və yazdım. Roman olduğunu siz mənə dediniz (gülür).

 

– İlk romanın haqqında səninlə ayrı-ayrı vaxtlarda xeyli danışmışıq. Romanın ideyası tam formalaşandan son nöqtəsini qoyduğun günə qədər təxminən nə qədər zamanı, belə deyək, “xərclədin”? Ümumiyyətlə yazmaq səninçün necə bir duyğudur?

– “Amarna günahkarları”nı iki ilə yazmışam. Yazarkən çox gözəl hisslər keçirirəm, buna əminəm. Əslində söhbətləşərkən, ünsiyyət zamanı demək istəmədiklərimin, bəzənsə deyə bilmədiklərimin əvəzini yazmaqla çıxıram. Heç vaxt noutbuku açıb yazmıram. Hər bir hekayəmin, romanımın doğuluşu kağız üzərində – dəftər-qələmlə başlayır. Belə mənim üçün çox rahatdır. Adətən gecələr yazıram. İmkanım olanda, bu bir az poetik səslənə bilər, təbiətin qoynunda yazmağı sevirəm.

 

– Belə başa düşdüm ki, səyahətləri sevirsən. Asudə vaxtın olsa, işlərin sıxlığından qaça bilsən, günü sabah hara getmək istəyərsən?

– Əslində Azərbaycana ilk dəfə gələndə düşünürdüm ki, hər şeydən əvvəl öz vətənimi yaxşı tanımağım üçün bütün bölgələrimizi gəzim-dolanım. Bəzilərini gəzmək nəsib oldu, bəzilərinə isə hələ də gedib çıxa bilməmişəm. Amma Azərbaycandan kənarda ilk getmək istədiyim yer İtaliyadır. İtaliyanın Anela şəhəri.

 

– “Anela” ikinci kitabın, hekayələrdir. “Yuxuların oğrusu” ikinci romanındır. Bəs indi nə yazırsan?

– Hələlik sirr saxlayıram. Bunu deyə bilərəm ki, janr ənənəmdən bir xeyli uzaqlaşmışam – elmi-fantastika deyil. Kifayət qədər irihəcmli bir əsər olacaq. Oxucularımı yeni roman gözləyir deyə bilərəm.

 

– Cənub bölgəsindənsən. Mənə maraqlıdır, əsərlərində bunu hiss etdirmirsən. Əyalət elementləri ilə oxucunu yormursan. Bu nə ilə bağlıdır?

– Atam cənub bölgəsindəndir, anam qarabağlıdır. “Yadlıq” hekayəmdə Qarabağ müharibəsinin başlaması ilə bağlı epizodlar var. O hadisəni mən həqiqətən yaşamışam. Çalışıram ki, ara-sıra adət-ənənələrimizi yazılarıma da gətirim.

 

– Yaradıcı adamlar daha həssas olur. Yaza bilmələri üçün hər şeydən çox asudə vaxta ehtiyacları var. Gəl açıq danışaq, öz yaradıcılıq məhsuldarlığını necə müqayisə edirsən – işləmədiyin dönəmlərlə bu günü? İndi nəşriyyatda çalışırsan, bütün günü yazı-pozunun içindəsən. Tərcümələr çox zamanını alır.

– Bu haqda hər gün düşünürəm. Düşünürəm ki, yəqin işləməsəm, daha çox yaza bilərəm. Çünki işimlə bağlı zehni yoruluram. Demək olar yazmağa dinc vaxtım qalmır. Amma nəşriyyatda işlədiyim illərdə yaradıcılığıma çox təkan olduğu qənaətindəyəm. Bilirsiniz ki, mən uzun illər Rusiyada yaşamışam, Azərbaycan dililində ali təhsil almamışam. Başlanğıcda mənim üçün çox çətin idi. Məncə artıq bu dönəmi geridə qoya bilmişəm.

 

– Əsərlərinin hamısını oxumuşam. Sənin çox yaxşı süjet qurma bacarığın var. Nədən qaynaqlanır bu? Aldığın hüquq təhsili ilə bağlamaq olarmı bunu, yoxsa uşaqlıqdan gələn bir bacarıqdı? Konkret desəm, asanlıqla maraqlı süjet qurmağını nəzərdə tuturam.

– Buna bacarıq deyiriksə, dəqiq bilirəm ki, ixtisasımla heç bir bağlılığı yoxdur. Çünki mən detektiv janrı sevmirəm, inciməyin məndən (gülür). Hələ məktəbdə oxuyanda əksəriyyət həmyaşıd qızların özlərinəməxsus yeniyetmə həyatı olduğu halda, mən özünə qapılmış, bütün gününü demək olar evdə keçirən belə dəyək, uşaq idim. Çoxları kimi gündəliyim var idi. Lakin günlərim o qədər təkrarlı, mənə tanış keçirdi ki, o gündəliyə belə nə yazacağımı bilmirdim. Nə yazacaqdım?! “Bu gün anama kömək etdim, ev işləri ilə məşğul oldum” – bunlarımı?! Axırda məcbur qalıb özümdən uydurmağa başladım. Yazdıqca özümə də maraqlı gəlirdi. Və bir dəfə gündəliyim anamın əlinə keçdi. Anam heyrətlə bu “adamların” kimlər olduğunu xəbər aldı. Orda həqiqətən də çoxlu “naməlum adamlar” var idi. İş burasındadır ki, onları mən də tanımırdım… Anama necə izah edəydim?! O zamanlar yazdıqlarımın əslində bir hekayə olduğunun fərqində deyildim. Sonralar da, Rusiyada universitetdə təhsil aldığım dövrlərdə yazmağa davam edirdim. Yalnız Azərbaycana gələndən sonra anladım ki, mən yazıçı olmaq istəyirəm.

 

– Dedin ki, uşaq vaxtı nə etdiyini bilmirdin. Bəs indi necə? Dörd kitab müəllifi, ondan çox kitabın tərcüməçisi Xanım Anela indi nə etdiyini bilirmi?

– Dəqiq bilir. Açıq danışıram, bir zamanlar nə etdiyimi dəqiq bilmirdim. Qorxurdum, ehtiyat edirdim ki, özümü tapanda özümdən çox narazı qalaram. Şükür, bu belə olmadı, özümü tapanda çox sevindim. İndiki Xanımdan çox razıyam. Sağ olsun. Allah onu mənə çox görməsin (gülür).

 

– Bir az tərcümələrindən danışaq. Bəzən sırf işdir deyə tərcümə etməli olduğun kitablar olur. Ürəyincə olmayan, mütaliə zövqünə uyğun gəlməyən kitablar da çıxır rastına. İndiyə qədər etdiyin tərcümələrdən ən çox hansını oxucular üçün tövsiyə edərsən?

– Dərs vəsaitləri də tərcümə etmişəm. “İngilis dilini öyrənirəm” kitabı məncə çox uğurlu alınıb. Övladlarım da bu kitabdan hazırda istifadə edir. Ən çox tövsiyə edə biləcəyim tərcümələrimdən biri Qriqoriy Petrovun “Bataqlıqlar ölkəsi”dir. Yığcam, maraqlı memuardır. Bu kitabı əski rus dilindən müasir ruscaya, sonra isə Azərbaycan dilinə tərcümə etmişəm.

 

– Yeri gəlmişkən, bu gün ilk araşdırma kitabın işıq üzü görüb – “Fürer”. Həm də doğum günündür. Doğum günün də, kitabın da mübarəkdir. Yaradıcılıq uğurları arzu edirəm.

– Təşəkkür edirəm. Həm müsahibəyə, həm təbrikə görə.

 

Söhbətləşdi: Müşfiq XAN

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI
Ədəbiyyat

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021

Davamını oxu
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Sübh çağı

Yaqut Dəmirov – Sübh çağı

06 May 2025
“İlin Yazarı – 2025” müsabiqəsi

“İlin Yazarı – 2025” müsabiqəsi

28 Aprel 2025
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2021 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2021 Mücrü ART | Design: Proyekt Group.