• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Cümə, May 30, 2025
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Xanım Anela: “Önəmli olan onun yaşamasıdır…” – MÜSAHİBƏ

Mücrü ART yazıçı-tərcüməçi Xanım Anelanın "Edebiyyat.az" saytındakı müsahibəsini təqdim edir.

14 Avqust 2020
in Ədəbiyyat, Gündəm, Manşet, Mücrü+, Müsahibə, Sənət, Yazarlar
Xanım Anela: “Önəmli olan onun yaşamasıdır…” – MÜSAHİBƏ
Share on FacebookShare on Twitter

– Xoş gördük, Xanım Anela. Anelanın mənası nədir?

– Hər vaxtınız xeyir. Doğrusu, bu sualın birinci olacağını təxmin etmişdim. Əslində təxəllüsümlə bağlı sualdan həmişə qaçmışam. Amma bu gün bir az aydınlıq gətirəcəm, az da olsa. Mən “işıqlı” insanların varlığına inanıram, yaşım artıq nağıllara inanan uşaq yaşını ötsə də… “İşıqlı” deyəndə yer mələklərini nəzərdə tuturam. Bu mövzuya hekayələrimdə tez-tez toxunuram. Bu barədə “Yer mələyi” adlı essem də var. İkinci kitabımın adı da bildiyiniz kimi “Anela”dır. Uşaqlığımdan bəri inandığım və məni ən çox narahat edən sual və ya mövzu niyə də təxəllüsüm olmasın?! “Anela” – bu, nə istədiyini bilən, bəlli amalları olan, işıqlı bir “Mələk”dir.

– Kitablarında oxucuya demək istədiyini deyə bilmisən?

– Belə qəbul edək, sadəcə bir qismini oxucularıma çatdırmışam. Deyib bitirmiş olsam, çox güman daha yazmazdım, yaza bilməzdim. Yaradıcılığımda mənim üçün cəlbedici olan, əlimi-qolumu sallayıb rahat işləyə biləcəyim, çətinlik çəkmədən motivlərini düşünə bildiyim janr daha çox elmi-fantastikaya uyğundur. Niyə həm də elmi? Çünki istəyirəm ki, oxucum əsərlərimlə tanış olanda maraqlı süjetlə yanaşı nəsə yeni bir şey də öyrənsin. Məsələn, ilk romanımı – “Amarna günahkarları”nı yazanda süni mayalanma və klonlaşdırma mövzularını bir neçə ay araşdırmışdım. Kitabda bu mövzuların fərqini oxucular üçün izah etmişəm.

– Azərbaycanda qadın yazıçı olmaq nə qədər çətindir?

– Çox çətindir. Səbəbi də çoxdur. Bununla bağlı uzun-uzadı danışardım, hətta bəlkə bir gün bu mövzuya aid nəsə yazaram. Bəlkə başqa yazıçı xanımlar mənim kimi düşünmür, bunu bilmirəm, amma səbəblərdən ən üzdə olanını deyim sizə. Yazıçısansa, kitabla bağlı bir çox tədbirlərdə iştirak etməlisən. Azərbaycan xanımı üçün bu o qədər də asan deyil, hələ ailəli və anasansa heç asan deyil.

– Şərab içmək, kitab oxumaq, yoxsa, yazı yazmaq?

– Yazmaq. Kitab oxumaq onsuz da işimdir, çünki mən nəşriyyat işçisiyəm. Yazmaqsa məni sakitləşdirən, bütün mənfi enerjidən azad edən yeganə məşğuliyyətdir.

– Ən qısa hekayəndə hansı mesajı ötürmək istəmisən?

  “Məsafə… Önəmli olan onun yaşamasıdır, onun xoşbəxt olmasıdır, səndən uzaq olsa belə…” Nə olursa olsun, əsla həyatdan, yaşamaqdan vaz keçməmək.

-Yaradıcılığını genişləndirməyi düşünürsənmi?

Əlbəttə. Nə qədər ki, nəfəs alıram yazmağa davam edəcəm, Tanrının izni ilə. Və bir gün yazdığım romana, möhtəşəm bir film çəkiləcək, buna əminəm.

-Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı ilə ayaqlaşa bilirmi?

Bildiyiniz kimi “Mücrü” nəşriyyatında tərcüməçi-redaktoram. Hər həftə onlarla yerli ədəbiyyat nümunəsi ilə tanış olmaq imkanım var. Bizim yaxşı, sözün həqiqi mənasında tutarlı imzalarımız var. Tərcümələr etdiyimə görə müqayisələr aparmaq mən üçün asandır. Mən bügünkü Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatından geri qaldığını düşünmürəm.

-Yazmağa həvəsi nədən alırsan?

Həyat, yaşamaq, keçirdiyim xoş anlar məni həvəsləndirməyə yetir. Paradoksal bir vəziyyəti də deyim sizə: ovqatım yerində olmayanda, üzümdə təbəssüm azalanda hiss edirəm ki, yazmağın havası gəlib.

-Təşəkkür edirik. Yaradıcılığında uğurlar arzulayırıq.

Buyurun, zəhmət çəkdiyiniz üçün mən də sizə  təşəkkür edirəm.

 

Söhbətləşdi: Nemət Mətin

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX
Manşet

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021

Davamını oxu
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

Yaqut Dəmirov – Sübh çağı

Yaqut Dəmirov – Sübh çağı

06 May 2025
“İlin Yazarı – 2025” müsabiqəsi

“İlin Yazarı – 2025” müsabiqəsi

28 Aprel 2025
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2021 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2021 Mücrü ART | Design: Proyekt Group.