Bu sözlər bir zamanlar Azərbaycanda yaşamış erməni mühəndis-alim Robert Arakelovun erməni bürokrat qadınla olan bu söhbətinin də yer aldığı “Нагорный Карабах: Виновники трагедии известны” (“Dağlıq Qarabağ: Faciənin müqəssiləri məlumdur”) kitabındandır. Kitab «Ларец» nəşriyyatında (Издательство «Ларец») işıq üzü görüb.
Kitabdan
Günümüzdə “Qarabağ hadisələri” ilə bağlı Ermənistan, xarici və daxili erməni diasporunun müəyyən dairələri tərəfindən başlanmış informasiya isteriyası öz intensivliyini hələ də azaltmadığı bir vaxtda bu hadisələrə obyektiv və qərəzsiz nəzər salmaqla həm respublika daxilində, həm də onun hüdudlarından kənarda geniş oxucu kütləsi üçün böyük maraq doğura bilər.
Bu sətirlərin müəllifi, Dağlıq Qarabağda bir ilə yaxın yaşadığı vaxt ərzində, Qarabağ hadisələri ilə bağlı şahidi olduğu faktları, onlara baxışını, bu hadisələrin onda oyatdığı hissləri özünəməxsus şəkildə təsvir etmişdir.
Artıq dediyim kimi Stepanakertə gələrək, ilk bir neçə gün ərzində saatlarla şəhər İcraiyyə Komitəsində olurdum. Və o günlərin birində orada heç də son kateqoriyadan olmayan qadın-bürokratla söhbət etdim. Söhbət Qarabağ hadisələrinə gəlib çıxdı və o, sözün əsl mənasında mənə belə dedi: “Sumqayıtda başlatdığımız hadisə bizim üçün əsl fürsət idi, təəssüf ki, belə əlverişli məqamdan tam istifadə edə bilmədik”.
Oxucular kitabı “Mücrü” kitab evindən əldə edə bilər.
Ünvan: Bakı ş., Şıxəli Qurbanov 2/15 (Xarici İşlər Nazirliyinin arxası)