ÖLÇÜYƏGƏLMƏZ SEVİNC
Qarabağın Azərbaycan olmasının əhatə dairəsi genişləndikcə toy şəkillərini basdırdığı torpaqdan çıxarmağa tələsənlərin, evinin açarını sandığında saxlayanların arzuları yenidən cücərdi. Artıq köçkün olmayan qarabağlının sevincini tərəziyə yerləşdirə bilmədim.