Qeyd edək ki, kitab “Mücrü” nəşriyyatının “Proza” seriyasında işıq üzü görmüşdür.
“Çarpayı cırıltısı” Sevinc Elsevərin ilk hekayələr toplusudur. Kitabda müəllifin 2008-2020-ci illərdə qələmə aldığı hekayələri, bir povesti və bir mono pyesi toplanıb.
– Hərdən ədəbiyyatdan küsürəm. Yazdıqlarım gözümdən düşür. Axı yazmağın nə mənası var, – deyə danlayıram özümü. Onda yadıma Behi düşür. Onun səhər-axşam, isti-soyuq bilmədən möhkəm daş divarı mismarla cıza-cıza yazmağı. Yorulmadan, usanmadan yazmaq həvəsi… Yəqin ki, Behinin sağ əli həmişə qabarlı olurmuş, gecələr yatağına girəndə bu qabarlar Behini çox incidirmiş. Amma səhər açılan kimi Behi yeni həvəslə sevimli divarını cızmağa gəlirmiş. Həyatın mənası elə buymuş.
Kitab haqqında daha ətraflı məlumat almaq və sifariş etmək üçün: https://mucrunesriyyati.az/mehsul/sevinc-elsev%c9%99r-carpayi-ciriltisi/