Nəşr “Mücrü” nəşriyyatının “Çoxbilmiş” uşaq seriyasında işıq üzü görmüşdür.
Məktəbəqədərlər üçün təqdim edilən bu vəsaitdə uşaqlar Azərbaycan əlifbasının bütün hərflərini həm yazaraq, həm tanıyaraq öyrənir, sözləri hecalara ayıraraq oxuyur, şəkil üzrə 3-5 sözdən ibarət cümlə qurmağa çalışır. Bundan əlavə şeir, tapmaca, yanıltmac, nazlama, qrammatik tapşırıq və hecalara bölünmüş kiçik nağıllar oxumağı öyrənir.
Qiyməti: 4 AZN
Nəşr göstəriciləri: 80 səhifə, A4, rəngli, “Mücrü” nəşriyyatı / 2020