“Mücrü” jurnalının ilk sayı əlamətdar günlər ərəfəsində işıq üzü gördü. 1 iyun Beynəlxalq Uşaqlar gününə həsr olunmuş bu nömrədə yerli və xarici yazarların uşaqlar üçün yazdığı şeirlər, hekayələrlə yanaşı, uşaq müəlliflərin qələmə aldığı yazılar da yer alıb.
Bundan əlavə, “Mücrü” jurnalı I-IV sinif şagirdləri üçün test tapşırıqları təqdim edir. Yay tətili ərzində uşaqlar Azərbaycan dili və Riyaziyyat fənnləri üzrə verilən tapşırıqları yerinə yetirə, vaxtlarını səmərəli keçirə bilərlər.
Balaca oxucular rəngarəng və gözoxşayan jurnalın səhifələrini çevirdikcə, gah nağıllar aləminə düşəcək, gah da real aləmə qayıdıb maraqlı bilgilərlə, faktlarla tanış olacaqlar, eyni zamanda öz biliklərini bir daha sınaqdan keçirəcəklər.
Ümid edirik ki, balaca dostlarının görüşünə həvəslə və sonsuz həyəcanla gələn “Mücrü” jurnalı uşaqların olduqca xoşuna gələcək. “Mücrü” nün kiçik kollektivi bütün balalarımızın bayramını təbrik edir, onlara xoş gələcək, həyatda və təhsildə uğurlar arzulayır.
Balaca oxucularımız jurnalı “Mücrü” nəşriyyatından və müxtəlif kitab evlərindən əldə edə bilərlər.
Xatırladaq ki, jurnalın naşiri Müşfiq XAN, baş redaktoru Sevinc Elsevərdir.
Ünvan: Mücrü Nəşriyyatı, Şıxəli Qurbanov küçəsi 2/15 (Nizami metrosu, Xarici İşlər Nazirliyinin arxası)
Tel.: (012) 497 02 61; +994 55 502 89 32 (whatsapp)