• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Cümə, Aprel 24, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu

14 İyul 2020
in Gündəm
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
Share on FacebookShare on Twitter

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin xüsusi bandrolu ilə “Akademisyen Kitabevi” nəşriyyatında AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Naxçıvan ədəbi mühiti Şərq–Qərb kontekstində” monoqrafiyası işıq üzü görüb.

Monoqrafiya həmin problemə həsr olunmuş ilk sistemli elmi-tədqiqat işi kimi əhəmiyyətlidir. Monoqrafiyada Naxçıvan ədəbi mühitində qədim və orta əsrlərdən başlanan və XIX-XX əsrlərdə daha da inkişaf edən Naxçıvan ədəbi mühitində Şərq-Qərb ənənələri geniş şəkildə tədqiq edilərək ümumiləşdirilib. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 21 fevral 2020-ci il tarixli 04/13 qərarı ilə çapa tövsiyə olunan monoqrafiya giriş və üç fəsildən ibarətdir. Monoqrafiyanın birinci fəsli Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadə meyilləri, ikinci fəsli XIX əsrdə və XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrinə münasibət, üçüncü fəsli isə XX əsrdə və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadənin yeri və əhəmiyyəti adlanır.

250 səhifədən ibarət monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Mustafayev, filologiya elmləri doktoru, professor Əjdər İsmayılov və AMEA Naxçıvan Bölməsi Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovdur. Monoqrafiya əvvəlində akademik İsa Həbibbəylinin elmi tədqiqat əsəri haqqında dəyərli fikirləri öz əksini tapıbdır.

Multikulturalizm və azərbaycanlı gənc alimlərin dünyaya inteqrasiyası aspektindən yanaşıldığı zaman aydın olur ki, elmi əsər əhəmiyyətli, sanballı komprativistik elmi təhlil və mülahizələri özündə birləşdirir.

Monoqrafiyada verilən elmi faktlarla tanışlıq zamanı aydın olur ki, XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyillərinin formalaşması konkret tarixi epoxada tarixi hadisələr və zamanın meydana çıxardığı tələblər əsasında milli zəmində yaranıb inkişaf edib. Bu dövrdəki ədəbiyyatda yaranan Şərq və Qərb meyilləri dünya elmi təcrübəsinə əsaslanmaqla milli dəyərləri yeni forma və məzmunda ifadə etmək demək idi. Tədqiqat işində XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri müasir elmi-nəzəri tələblər baxımdan araşdırılıbdır. Tutarlı elmi və nəzəri faktlar ortaya qoyulub.

Qeyd edək ki, əsərin Türkiyə Respublikasının 50-dən çox kitab evində satışa təqdim olunması onun elmi əhəmiyyəti və ümumbəşəri dəyərindən xəbər verir. / edebiyyatqazeti.az /

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI
Çardaq seriyası

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021

Davamını oxu
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

21 Aprel 2026

17 Aprel 2026
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.