• Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
Cümə, Aprel 24, 2026
mucru.art
+994773457747
Evdən çıxmadan 4 addımda kitabınızı nəşr edin.
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
MAĞAZA
KİTAB ÇAPI SİFARİŞİ
No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • Çoxbilmiş seriyası
    • Abituriyent seriyası
    • Proza seriyası
    • Poeziya seriyası
    • Çardaq seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
    • “Mücrü” uşaq dərgisi
No Result
View All Result
mucru.art
No Result
View All Result

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

23 Aprel 2020
in Manşet
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü
Share on FacebookShare on Twitter

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. Bu münasibətlə UNESCO vəkitab sənayesinin üç əsas sektorunu– naşirləri, kitab ticarətçilərini və kitabxanalarıtəmsil edən beynəlxalq təşkilatlar növbəti ilin 23 Aprel tarixinədək Günün qeyd edilməsini öz təşəbbüsləri vasitəsilə təmin etmək üçün şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı kimi seçirlər.

23 Aprel – dünya ədəbiyyatında simvolik tarixdir. Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli müəlliflərin vəfat etdiyi gündür.Bu tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək,hər kəsi bəşəriyyətinməkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtira, həmçinin yoxsulluğun aradan qaldırılması və sülhün bərqərar edilməsininbaşlıca qüvvəsi olan – kitabları əldə etməyə təşviq etmək məqsədi ilə 1995-ci ildə Parisdə keçirilmiş UNESCO-nun Baş Konfransının təbii seçimi idi.

UNESKO öz fəaliyyəti dairəsində kitablarıvə müəlliflik hüququnu təşviq edərək- “Ədəbiyyatın Kreativ Şəhərləri” şəbəkəsindən tutmuş savadlılığın təşviqinə, mobil tədrisə, elmi biliklərə və təhsil resurslarına açıq girişin təkmilləşdirilməsinədək – yaradıcılığı, müxtəlifliliyi və biliklərə bərabər səviyyədə əlçatımlığı dəstəkləyir.

Müəlliflər, naşirlər, müəllimlər, kitabxanaçılar, ictimai və özəl müəssisələr, humanitar QHT-lər və KİV-lərin, həmçinin birlikdə işləmək həvəsi olan bütün maraqlı tərəflərin də aktiv şəkildə cəlb olunması ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın hər yerində milyonlarla insanı bir araya gətirənplatformaya çevrilib.

Hər il UNESCO-nun Baş qərargahında böyük bayram tədbiri keçirilir. Kitab ticarətçiləri, nəşriyyat şirkətləri və rəssamlar kitablara və mütaliəyə olan sevgilərini gənclərə praktik seminarlar keçirmək vasitəsilə (mətbəə, illüstrasiya, kitab cildlənməsi, manqa stili və s.) bölüşmək üçün dəvət olunur. UNESCO Sizi səmimi qəlbdən bizimlə bu səyahətə qoşulmağa və kitabları biliklər mübadiləsi, qarşılıqlı anlaşma və dünyanın müxtəlifliliyinə açıqlılıq üçün qiymətli bir vasitə kimi sevməyə dəvət edir.

“Mücrü” Nəşriyyatı və Mücrü.Art ailəsi bütün yazarları,  kitabsevərləri və  kitabçılıq sahəsində çalışan bütün zəhmətkeşləri təbrik edir!

Aktyorların həyatından maraqlı anlar – VİDEO

https://mucru.art/wp-content/uploads/2021/12/Aktyorların-həyatından-maraqlı-anlar-–-Əyyub-Qiyas.mp4

Top 5 yazılar

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI
Ədəbiyyat

KİTAB SƏRGİLƏRİNDƏ ƏN ÇOX BU KİTABLAR OXUCULARIN DİQQƏTİNİ ÇƏKİB – SİYAHI

02 Noyabr 2021

Davamını oxu
2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

2021-ci ilin noyabr ayı ərzində ən çox satılan 30 bədii kitabın siyahısı

01 Dekabr 2021
Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

Avqust ayında ən çox oxunan 20 kitab – SİYAHI

01 Sentyabr 2021
Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

Yayın qızmarında ən çox hansı kitablar oxunub? – SİYAHI

03 Avqust 2021
“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

“Mücrü” Nəşriyyatından yeni layihə – BİR SAATDA TARİX

28 Sentyabr 2021
mucru.art

Mücrü ART | Sənətkarların məkanı

Bizi izləyin

Bölmələr üzrə

  • "Mücrü" uşaq dərgisi
  • Abituriyent seriyası
  • Çardaq seriyası
  • Çoxbilmiş seriyası
  • Elm seriyası
  • Ədəbiyyat
  • Gündəm
  • Kateqoriyasız
  • Kinoteatr
  • Manşet
  • Media
  • MÜCRÜ NƏŞRİYYATI
  • Mücrü+
  • Müsahibə
  • Poeziya seriyası
  • Proza seriyası
  • Sənət
  • Yazarlar
  • Zirzəmi seriyası

Yeni yazılar

21 Aprel 2026

17 Aprel 2026
  • Kinoteatr
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+

© 2026 Mücrü ART | Design: Proyekt Group.

No Result
View All Result
  • Ana səhifə
  • Ədəbiyyat
  • Sənət
  • Gündəm
  • Kinoteatr
  • MÜCRÜ NƏŞRİYYATI
    • Haqqımızda
    • “Mücrü” uşaq dərgisi
    • Abituriyent seriyası
    • Çardaq seriyası
    • Çoxbilmiş seriyası
    • Poeziya seriyası
    • Proza seriyası
    • Zirzəmi seriyası
    • Elm seriyası
  • Media
  • Yazarlar
  • Müsahibə
  • Mücrü+
  • MAĞAZA

© 2026 Mücrü ART | Design: Proyekt Group.